Icma.az
close
up
RU
Ərdoğan Hörmüz planını açıqladı: Türkiyə İran və ABŞ arasında yeni balans qurur

Ərdoğan Hörmüz planını açıqladı: Türkiyə İran və ABŞ arasında yeni balans qurur

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Türkiyə Prezidentinin mesajı da tam olaraq bundan ibarətdir: “Boğaz açılmalı, təhlükəsiz olmalı, ödənişsiz olmalı və geosiyasi silaha çevrilməməlidir"

Hörmüz boğazında yaranmış vəziyyət son dövrlərdə yalnız Yaxın Şərq və beynəlxalq ticarət təhlükəsizliyi baxımından da diqqət mərkəzindədir. Dünyanın əsas enerji marşrutlarından biri hesab olunan bu strateji su yolunda gəmiçiliklə bağlı yaranan məhdudiyyətlər qlobal enerji bazarlarına və iqtisadi proseslərə mümkün təsirləri gündəmə gətirir. Bu baxımdan Türkiyənin mövqeyi və Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları xüsusi diqqət çəkir.

Türkiyə lideri bildirib ki, Hörmüz boğazını mümkün qədər tez açmaq lazımdır.

Ərdoğan boğazın gəmilərin hərəkəti üçün mümkün qədər tez açılmasının, dünya üzrə neft daşımalarının qısa müddətdə bərpa edilməsinin və enerji axınının dayanmasına imkan verilməməsinin vacibliyini vurğulayıb. Türkiyə lideri həmçinin Hörmüz boğazında nəqliyyatın ödənişsiz şəkildə bərpa edilməsinin daha məqsədəuyğun olacağını qeyd edib. 

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a Prezident Rəcəb Tayyib Ərdoğanın Hörmüz boğazı ilə bağlı açıqlamasının yalnız “neft daşımaları yenidən başlasın” şəklində oxumağın məsələnin tam mahiyyətini əks etdirmədiyini söyləyib: 

"Burada enerji təhlükəsizliyindən diplomatiyaya, İran-ABŞ gərginliyindən Türkiyənin regional roluna qədər uzanan daha geniş bir mesaj var.

İlk növbədə, Prezident Ərdoğan Hörmüz boğazının hər hansı ölkənin geosiyasi təzyiq vasitəsinə çevrilməməli olduğunu bildirir.

Çünki Hörmüz yalnız İranın və ya Körfəz ölkələrinin məsələsi deyil, qlobal enerji təhlükəsizliyinin ən kritik keçid məntəqələrindən biridir.

Son günlər boğazdakı gəmi nəqliyyatının müharibədən əvvəlki səviyyələrdən xeyli aşağı düşməsi də məsələnin nə qədər ciddi olduğunu göstərir.

İkinci mühüm məqam Prezident Ərdoğanın “ödənişsiz keçid” vurğusudur. Bunun kifayət qədər strateji mesajı var.

Türkiyə yalnız boğazın fiziki olaraq açılmasını istəmir. Ticarətin mümkün qədər normal, təhlükəsiz və əlavə siyasi və ya iqtisadi xərclərdən uzaq şəkildə həyata keçirilməsini müdafiə edir. Prezident Ərdoğanın son açıqlamasında keçidlərin ödənişsiz və rüsumlardan azad olmasını xüsusi olaraq qeyd etməsi də bunu göstərir". 

Analitikin sözlərinə görə burada əslində İrana da kifayət qədər balanslı mesaj verilir: 

"Ankara İranın təhlükəsizlik narahatlıqlarını tamamilə görməzdən gələn mövqe sərgiləmir. Lakin eyni zamanda hesab edir ki, Tehranın Hörmüzü Vaşinqtona qarşı daim istifadə edilə biləcək strateji rıçağa çevirməsi qlobal iqtisadiyyat baxımından davamlı deyil.

İran və ABŞ-nin son günlər boğazın nəzarəti ilə bağlı qarşılıqlı iddialar irəli sürməsi göstərir ki, Hörmüz artıq yalnız bir dəniz yolu deyil, həm də iki ölkə arasındakı güc mübarizəsinin əsas mərkəzlərindən birinə çevrilib.

Mənim qənaətimə görə, Türkiyə məhz bu məqamda fərqli yanaşma ortaya qoyur. Ankara “Hörmüzə kim nəzarət edəcək?” sualından daha çox “Hörmüz necə təhlükəsiz, fasiləsiz və davamlı şəkildə açıq saxlanılacaq?” sualına fokuslanır.

Bu fərq çox vacibdir. Çünki birinci sual bizi hərbi rəqabətə, ikinci sual isə diplomatiyaya aparır.

Prezident Ərdoğanın açıqlamasında iqtisadi aspekt də son dərəcə mühümdür. Hörmüzdəki problem yalnız neft daşıyan tankerlərə təsir göstərmir.

Enerji xərclərinin artması nəqliyyatdan sənayeyə, kənd təsərrüfatından ərzaq qiymətlərinə qədər qlobal iqtisadiyyatın bir çox sahəsinə təsir edir.

Deməli, Ankara baxımından Hörmüzün normallaşması eyni zamanda qlobal inflyasiya və enerji qiymətləri üzərindəki geosiyasi təzyiqin azaldılması deməkdir.

Bundan əlavə, Türkiyənin burada özü üçün açmağa çalışdığı diplomatik məkanı da görmək lazımdır". 

Ekspert qeyd edib ki, ABŞ və İran arasındakı danışıqlarda Hörmüz məsələsi hələ də əsas fikir ayrılığı mövzularından biridir: 

"İran və Oman arasında kommersiya keçidlərinin yenidən tənzimlənməsinə yönəlmiş danışıqlarda irəliləyiş olduğu bildirilsə də, daha geniş ABŞ-İran razılaşması hələ əldə olunmayıb.

Bu səbəbdən Ərdoğanın açıqlaması eyni zamanda Türkiyənin münaqişənin tərəfi olmaq əvəzinə, həll prosesini asanlaşdıran tərəf olmaq istəyini göstərir.

Ümumi mənzərəyə baxdıqda, Prezident Ərdoğanın mesajını üç əsas anlayışla ümumiləşdirmək mümkündür.

Birincisi, sərbəst gəmiçilik. İkincisi, enerji təhlükəsizliyi. Üçüncüsü, diplomatik normallaşmadır.

Türkiyə nə İranın Hörmüzü daimi təzyiq mexanizminə çevirməsini, nə də ABŞ-İran rəqabətinin boğazı davamlı hərbi qarşıdurma zonasına çevirməsini istəyir. Ankara baxımından ideal ssenari Hörmüzün təhlükəsiz və ödənişsiz şəkildə kommersiya gəmilərinin üzünə açılması və enerji axınının siyasi böhranlardan mümkün qədər ayrılmasıdır.

Nəticə etibarilə, Ərdoğanın verdiyi mesaj çox aydındır: Hörmüz müharibə cəbhəsi və ya bazarlıq predmeti olmaqdan çıxarılaraq yenidən qlobal ticarət dəhlizinə çevrilməlidir". 

Mütəxəssis Türkiyənin də bu prosesdə İran və Qərb arasında tərəf seçən aktordan daha çox, enerji təhlükəsizliyini və diplomatik həlli müdafiə edən balanslaşdırıcı aktor olmaq istədiyini vurğulayıb: 

"Əsas mübarizə Hörmüzə kimin nəzarət edəcəyi deyil, Hörmüzün yenidən necə normallaşdırılacağıdır.

Prezident Ərdoğanın mesajı da tam olaraq bundan ibarətdir: “Boğaz açılmalı, təhlükəsiz olmalı, ödənişsiz olmalı və geosiyasi silaha çevrilməməlidir"".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Avqust 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri