Ərdoğan: İstanbulda ABŞ və Rusiya liderlərinin görüşünü təşkil etmək niyyətindəyik
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ABŞ və Rusiya dövlət başçıları Donald Tramp və Vladimir Putin arasında görüş təşkil etmək niyyətində olduğunu açıqlayıb.
Dövlət başçısının sözlərinə görə, o, Rusiya və ABŞ liderləri ilə bu həftə telefon danışıqları zamanı onların mümkün görüşü məsələsini müzakirə etmək niyyətindədir.
“Bu həftə Putin və Trampla danışıqlar apardıqdan sonra biz bu liderlərin İstanbulda görüşünü təşkil edə biləcəyimizi öyrənməyə çalışacağıq”, - Türkiyə lideri xüsusilə qeyd edib.
Prezident Ərdoğan Türkiyənin müdafiə sənayesindəki uğurlarına da toxunub. Biz hakimiyyətə gələndə Türkiyənin müdafiə sənayesi potensialı təxminən 20 milyard dollar idisə, indi 80 milyard dollara çatıb.
O, Türkiyədə meşə yanğınlarının söndürülməsindən danışaraq bildirib ki, onların aradan qaldırılmasında 27 təyyarə, 105 helikopter, 6 min texnika və 25 min nəfər iştirak edir.
P.ƏMİRCANOV
XQ


