Ərdoğan: “Netanyahu amansız şəkildə on minlərlə insanı qətlə yetirib” VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Fox News kanalına müsahibə verib.
Bizim.Media xəbər verir ki, o, Qəzzədə baş verənləri “dörd dördlük soyqırım” adlandıraraq bunun əsas məsuliyyətinin İsrailin baş naziri Benyamin Netanyahunun üzərində olduğunu bildirib:
“Netanyahu çox amansız şəkildə on minlərlə insanı qətlə yetirib. Biz, Türkiyə olaraq, bu soyqırımın tamamilə qarşısındayıq”.
Ərdoğan həmçinin Qəzzadə 125 mindən çox yaralı olduğunu, bir qismini müalicə üçün Türkiyəyə gətirdiklərini deyib.
HƏMAS mövzusunda isə o, “HƏMAS-ı terror təşkilatı kimi görmürəm, əksinə dirəniş təşkilatı hesab edirəm” – deyə cavab verib.
ABŞ prezidenti Donald Trampın “müharibələri bitirəcəyəm” sözlərinə toxunan Ərdoğan, həm Ukrayna, həm də Qəzza məsələsində bu vədlərin gerçəkləşmədiyini vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















