“Netanyahu, Ərdoğan və Baxçalı birləşib” Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek ölkə rəhbərliyini ikili standartlarda ittiham edib.
“Qafqazinfo” xəbər verir ki, Perinçekin bu məsələ barədə çıxışını Vətən partiyasının gənclər qolu olan “Öncü Gençlik” rəsmi “X” hesabında paylaşıb.
“Netanyahu, Ərdoğan və Baxçalı birləşib. Bəs Netanyahunun qarşısında idilər? Bəs Cənab Prezidentimiz “One Minute” deyirdi. Hazırda Netanyahu ilə döyüş cəbhəsində bir olmuş vəziyyətdədirlər. Döyüş cəbhəsi önəmlidir. Bu, eyni zamanda Fələstin və Qəzzaya xəyanət demək deyil? Yəni Fələstin və Qəzzanı İsraillə bir olaraq müdafiə etmək olar? Yəmən İsrailə qarşı Fələstin və Qəzza cəbhəsində savaşır. Bizim liderlərimiz, respublikamıza rəhbərlik edən Cənab Prezidentimiz və onunla birlikdə hərəkət edən Dövlət Baxçalı isə Benyamin Netanyahu ilə birlikdə İsraili dəstəkləyirlər. Səudiyyə Ərəbistanını dəstəkləmək İsraili dəstəkləmək deməkdir. Husiləri, Yəmən rəhbərliyini lənətləmək Netanyahunun istifadə etdiyi eyni ifadələrdir. Bu gün ABŞ Prezidenti Donald Trampın Prezidentimizə təriflər deməsi, onu mükafatlandırması çox məyusedici, acı haldır. Lakin bu, təəccüb doğurmur. Bunu bütün Türkiyənin görməsi lazımdır”, - deyə Perinçek bildirib.
Doğu Perinçek bu açıqlaması ilə Türkiyənin bir yandan Fələstin və Qəzzanın müdafiəçisi kimi çıxış etdiyini, lakin digər yandan regional siyasətdə ABŞ və İsrailin maraqlarına xidmət edən qüvvələrlə əməkdaşlıq etdiyini və faktiki olaraq husilər (Yəmənin “Ənsar Allah” hərəkatı - red.) kimi İsrailin qarşısında duran qüvvələrə qarşı çıxdığını diqqətə çatdırıb.
Baxış sayı:76
Bu xəbər 15 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















