Icma.az
close
up
RU
Ərdoğan Qara dənizə “qırmızı xətt”i çəkdi POLİTOLOQ

Ərdoğan Qara dənizə “qırmızı xətt”i çəkdi POLİTOLOQ

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidentinin daha dərin mesajı odur ki, müharibəyə üçüncü tərəflərin cəlb olunmasına yol verilməməlidir

Qara dənizdə baş verən qarşılıqlı hücumlar regionda ticarət və mülki gəmilərin təhlükəsizliyinə ciddi təhdid yaradıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə münasibət bildirərək, Ankarada ölkənin xarici ölkələrdə akkreditə olunmuş səfirləri ilə görüşdə münaqişə tərəflərinə xəbərdarlıq edib: “Son günlər həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə gəmilərin hərəkət təhlükəsizliyinə ciddi təhdid yaradır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkənin xarici ölkələrdə akkreditə olunmuş səfirləri ilə görüşündə deyib. 

Türkiyə lideri məsələ ilə bağlı ölkəsinin Ukraynadakı münaqişə tərəflərinə xəbərdarlıq etdiyini vurğulayıb:

“Ticarət və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Hər iki tərəfə məsələ ilə bağlı xəbərdarlığımızı bildiririk”.

Xatırladaq ki, noyabrın 29-da Türkiyənin Qara dəniz sahillərində Rusiyaya məxsus “Kairos” adlı neft tankeri və Qambiya bayrağı altında üzən “Virat” adlı gəmi sahildən bir qədər aralıda alovlanıb. Türkiyə rəsmiləri hər iki hadisənin “xarici təsir” səbəbindən baş verdiyini açıqlamışdı. Dekabrın 12-də isə Rusiya ordusu Ukraynanın Odessa limanında lövbər salmış Türkiyəyə məxsus “Cenk Roro” adlı yük gəmisini vurub.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfirlərlə görüşdə verdiyi xəbərdarlıq Qara dənizdə gəmilərin təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu xəbərdarlıq təkcə formal bir bəyanat deyil, regional stabilliyin qorunması və münaqişənin üçüncü tərəflərə yayılmasının qarşısını almaq məqsədi güdən ciddi diplomatik mesajdır: “Hazırda Ukrayna ilə Rusiya arasında gedən müharibə, xüsusilə Qara dəniz ekvatoriyasında baş verən qarşılıqlı hücumlar, ticarət və mülki gəmilərin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Əgər Ukrayna Rusiyanın neftini daşıyan tankerləri Qara dəniz ekvatoriyasında, xüsusilə də Türkiyəyə aid olan hissədə dronlarla vurmuşdusa Rusiya Türkiyəyə məxsus gəmiləri Ukraynanın limanında, Oddesada vurub. Burada ortaya çıxan əsas problem ondadır ki, münaqişə digər dövlətlərin vətəndaşlarını və iqtisadi maraqlarını təhlükə altına ala bilər və bu, regional sabitliyə ciddi təsir göstərir”.

Politoloqun sözlərinə görə, Ərdoğanın xəbərdarlığının ikinci, daha dərin mesajı odur ki, müharibəyə üçüncü tərəflərin, xüsusilə Qara dəniz sahili dövlətlərinin cəlb olunmasına yol verilməməlidir. “Münaqişəni özünüz həll edin, üçüncü dövlətləri prosesə qatmayın” – bu, Türkiyənin diplomatik mövqeyinin açıq ifadəsidir. Burada həmçinin dolayısı ilə vurğulanır ki, Türkiyə Qara dəniz ekvatoriyasında ən güclü və nüfuzlu dövlət olaraq bu sahədə hərəkət azadlığı və nəzarət imkanlarına malikdir. Hər hansı bir təhlükə yarandığı halda Ankara adekvat tədbirlər görərək həm Ukrayna, həm də Rusiya üçün gəmilərin hərəkətini məhdudlaşdıra, hətta Qara dəniz keçidini tamamilə bağlaya bilər.

Hazırda müharibə səbəbi ilə rus hərbi gəmilərinin İstanbul boğazından keçidi qadağan olunub. Lakin bu cür hadisələri əsas gətirərək Türkiyə mülki və ticarət gəmilərinin də üzünə bütün qapıları bağlaya bilər. Hər nə qədər Rusiya boynundan yuxarı danışmış olsa da, Qara dəniz ekvatoriyasında ən güclü dövlət və ən güclü donanmaya sahib ölkə qardaş Türkiyədir. Bütün bu ekvatoriyanı həm havadan, həm də dənizdən məhz Türkiyə nəzarətdə saxlamaq imkanına malikdir. 

Ona görə də Ərdoğanın xəbərdarlığı heç də formal xarakter daşımır. Türkiyə adekvat qərarlar qəbul edə bilər. Tarixi təcrübə də Türkiyənin bu tip mövqelərdə nə qədər qərarlı olduğunu göstərir. 2015-ci ildə Rusiya qırıcısının Türkiyənin hava sərhədini pozması nəticəsində vurulması, Ankara üçün təhlükəsizlik və suverenlik məsələlərinin prioritet olduğunu nümayiş etdirmişdi. Bu hadisələr göstərir ki, Türkiyə yalnız sözlə deyil, həm də real siyasi və hərbi vasitələrlə regional stabilliyi qorumaq iqtidarındadır”.

Ekspert bildirir ki, Ərdoğanın səfirlərlə görüşdəki çıxışı diplomatik baxımdan həm xəbərdarlıq, həm də ciddi xəbərdarlıqdır: “Bu mesaj, Qara dənizdə gəmilərin təhlükəsizliyinə xələl gətirən tərəflərin məsuliyyətini xatırlatmaq və regional aktorları hərəkətlərini buna uyğun tənzimləməyə məcbur etmək məqsədi daşıyır. Türkiyənin həm dənizdə, həm də havada nəzarət imkanları, onun regional siyasətdə rolunu və təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır”.

Politoloq nəticə olaraq vurğulayır ki, Ərdoğanın bu xəbərdarlığı, Qara dənizdə hər hansı bir mülki və ticarət gəmisinə qarşı yönələn təhlükələrin ciddi nəticələr doğura biləcəyini göstərir. Bu, həm Ukrayna, həm də Rusiya üçün strateji mesajdır: qarşılıqlı hücumlar davam edərsə, Türkiyə regiondakı üstün mövqeyini və diplomatik imkanlarını istifadə edərək lazımi tədbirlər görməkdə tərəddüd etməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2025 03:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri