Ərdoğan Qətərdəki helikopter qəzası haqda bunları yazdı
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən helikopter qəzasında ölənlərin ailələrinə başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial media hesabında paylaşım edib.
“Qətərdə baş verən helikopter qəzasında Türk Silahlı Qüvvələrimizin və ASELSAN personalımızın, eləcə də Qətər Silahlı Qüvvələri mənsublarının şəhid olduğu xəbərini böyük kədərlə öyrəndim.
Bu ağır qəzada şəhid olan qəhrəman əsgərimizə, ASELSAN əməkdaşlarına, dost və qardaş Qətərin əsgərlərinə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı diləklərimi çatdırıram. Ölkəmizin, millətimizin və Qətər xalqının başı sağ olsun”, – deyə Ərdoğan yazıb.
Xatırladaq ki, bu gün Qətər Silahlı Qüvvələrinə məxsus helikopter ölkə sahillərində dənizə düşüb. Qəzada 1 türk əsgəri və ASELSAN şirkətinin 2 texniki işçisi həyatlarını itirib. Ümumilikdə 7 nəfər həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 22 Mart 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















