Ərdoğan Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edəcək
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci il Atatürk Beynəlxalq Sülh Mükafatını BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edəcəyini açıqlayıb.
APA xəbər verir ki, Ərdoğan bunu Ankarada Cumhuriyyətin 102-ci il dönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Atatürk Beynəlxalq Sülh Mükafatımızı Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik. Dünyada sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə görə ona minnətdarlığımı bildirirəm", - Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk Beynəlxalq Sülh Mükafatı rəsmi dövlət mükafatıdır. Bu mükafat Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə uyğun olaraq, sülhə, beynəlxalq dostluğa və xoşməramlılığa xidmətlərinə görə təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 29 Oktyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















