Ərdoğan Şeyx Məhəmmədlə danışıb İkitərəfli əlaqələr və İran ABŞ məsələsi
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Danışıq zamanı Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə BƏƏ arasında müdafiə sənayesi və iqtisadiyyat başda olmaqla, bir çox sahədə əməkdaşlığın artaraq davam edəcəyini bildirib. O, iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.
Türkiyə Prezidenti İran-ABŞ gərginliyinin və regiondakı digər münaqişəli proseslərin sona çatdırılması üçün rəsmi Ankaranın səy göstərdiyini qeyd edib.
Ərdoğan Türkiyənin sülhə yönəlmiş diplomatik təşəbbüslərinin davam edəcəyini, regiondakı qardaş ölkələrə qarşı hücumları heç vaxt qəbul etmədiklərini bildirib. O, digər regional məsələlərdə də Türkiyə ilə BƏƏ arasında əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Sentyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















