Ərdoğan: Suriyanın yenidən bölünməsinə icazə verə bilmərik
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başçıları toplantısında çıxış edib.
Gündəmlə bağlı mesajlar verən prezident Ərdoğan Suriyadakı hadisələrə də toxunub.
Suriya xalqının uzun illər sonra azadlığa qovuşduğunu ifadə edən prezident Ərdoğan Suriyanın yenidən bölünməsinə imkan verməyəcəklərini bildirib.
Suriyanın digər bölgələrində də İŞİD, PYD kimi terror təşkilatlarının ən qısa zamanda zərərsizləşdiriləcəyini bildirən prezident Ərdoğan, Türkiyənin Suriya ilə bağlı fədakarlıqlar etdiyini vurğulayıb.
Suriyalıların evlərinə qayıtması üçün heç bir təxribatın qəbul edilməyəcəyini də əlavə edən prezident Ərdoğan, "Suriya ərazisinin bir daha bölünməsinə icazə verə bilmərik. Suriyalıların evlərinə qayıtması üçün heç bir təxribatı qəbul edə bilmərik. Bəzi insanların güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəni yandırmasına göz yummayacağıq ”,- deyə vurğulayıb.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















