Qəzzada bir milyondan çox insan kəskin ərzaq təhlükəsizsizliyi ilə üz üzədir
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı qurumların hazırladığı İnteqrə olunmuş Ərzaq Təhlükəsizliyinin Faza üzrə Təsnifatı (IPC) hesabatında bildirilir ki, Qəzzada son dövrlərdə müəyyən yaxşılaşmalar müşahidə olunsa da, ən azı 1,6 milyon insan 2026-cı ilin aprel ayının ortalarınadək yüksək səviyyəli kəskin ərzaq təhlükəsizsizliyi ilə üz-üzə qalmaqda davam edəcək.
Metbuat.az xəbər verir ki, hesabatda qeyd olunur ki, mövcud dövrdə IPC mərhələlərinə əsasən, bu 1,6 milyon nəfərin 1,03 milyonu “böhran” mənasını verən 3-cü mərhələdə, 571 mini “fövqəladə vəziyyət” adlandırılan 4-cü mərhələdə, 1 900 nəfəri isə “qıtlıq” anlamına gələn 5-ci mərhələdə yer alır.
Ümumi vəziyyətin hələ də “kritik” olduğu vurğulanır.
IPC hesabatında həmçinin Qəzza zolağı üzrə 2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrınadək 6–59 aylıq uşaqlar arasında təxminən 101 min kəskin qidalanma çatışmazlığı halının qeydə alınacağı proqnozlaşdırılır. Onlardan 31 mininin ağır vəziyyət olacağı gözlənilir.
Bundan başqa, 37 min hamilə və süd verən qadının təcili qida dəstəyinə ehtiyac duyacağı təxmin edilir.
Eyni zamanda, yenidən hərbi toqquşmaların başlaması və humanitar yardımın dayandırılması kimi ən pis ssenari baş verərsə, Qəzza zolağının bütövlükdə 2026-cı ilin aprel ayının ortalarınadək qıtlıq riski ilə üzləşə biləcəyi vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Dekabr 2025 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















