Icma.az
close
up
RU
Ərdoğan Tramp görüşü: SƏBƏB nədir?

Ərdoğan Tramp görüşü: SƏBƏB nədir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evdə Donald Trampla görüşə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu müzakirələrin aprelin sonuna yaxın baş tutacağı ehtimal edilir. 

“Cebheinfo.az” bu barədə “Bloomberg”-ə açıqlama verən ABŞ rəsmilərinə istinadən xəbər verir.  

Türkiyənin Ukraynadan Suriyaya qədər bir çox mövzularda əhəmiyyətli söz sahibi olmaq istədiyi bir vaxtda Ərdoğan Ankara ilə Vaşinqton arasında strateji tərəfdaşlığın gücləndirilməsinə regional sabitlik üçün mühüm əhəmiyyət verir. ABŞ-nin Avropa ilə müttəfiqlik münasibətlərini nəzərdən keçirdiyi bir vaxtda Türkiyənin NATO-dakı əsas rolunun xüsusilə əhəmiyyət daşıdığı bildirilir. 

Martın 16-da Trampla telefon danışığında Ərdoğan ondan “S-400” hava hücumundan müdafiə sistemləri almasına görə Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaların ləğvini istəyib. Ərdoğan, həmçinin Türkiyənin yenidən “F-35” proqramına daxil edilməsi və modern “F-16” qırıcılarının satışının tamamlanmasının vacibliyi barədə danışıb. Moskva və Kiyev arasında mümkün sülh razılaşması ilə bağlı beynəlxalq danışıqlar fonunda məsələ ilə bağlı məlumatlı mənbələr türk qoşunlarının Ukraynadakı gələcək sülhməramlı missiyaya cəlb oluna biləcəyini xəbər verir. 

Qeyd edilir ki, Türkiyənin yeni “F-16” döyüş təyyarələri almaq və donanmasını yeniləmək üçün döyüş təyyarələrinin mühərriklərinin birgə istehsalı məsələsi uzun müddətdir Ərdoğanın gündəmində əsas yer tutur. Türkiyə 2021-ci ildən bəri “Lockheed Martin Corp”-dan 40 ədəd yeni “F-16 Block 70” təyyarəsi alaraq indiki döyüş donanmasını modernləşdirməyə çalışır. Türkiyə, nəhayət ki, öz reaktiv təyyarələrini inkişafına ümid edir. 

Türkiyə “F-35” proqramından çıxarıldıqdan sonra “F-16”-ların modernləşdirilməsinə üstünlük verir. Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edərsə, Türkiyənin ən yüksək müdafiə tədarük agentliyinin ABŞ maliyyə institutlarından hərbi texnika və texnologiya almasını effektiv şəkildə dayandıran qanundan imtina edilməsi üçün Konqresə müraciət etməlidir. Bu yolla Türkiyə “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil “F-35” təyyarələrini ala, ordusunun NATO alyansının digər üzvləri ilə sinxron işləməsini təmin edə və cənub-şərq sərhədində çəkindirmə gücünü artıra bilər. 

İki ölkə arasında fikir ayrılığına səbəb olan digər məqam ABŞ-nin Suriyadakı kürd terrorçularını silahlandırması və onlara təlim keçməsidir. Mənbələr bildiriblər ki, Türkiyə ABŞ-nin dəstəklədiyi kürd yaraqlılarının dövlət qurumlarına inteqrasiyasına dair son razılaşmanın təhlükəsizliklə bağlı narahatlıqları azaldacağına nikbin yanaşır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Ərdoğan Tramp F35 Türkiyə - Amerika

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri