Icma.az
close
up
RU
Статья не опубликована
Ərdoğan Trampla görüşəcək masadakı Azərbaycan məsələsi...

Ərdoğan Trampla görüşəcək masadakı Azərbaycan məsələsi...

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonlarında ABŞ lideri Donald Trampla Ağ Evdə görüşməyi planlaşdırır. Bu barədə “Bloomberg” agentliyinə Türkiyədəki mənbə bildirib.

Xəbərdə deyilir ki, Ukrayna və Suriya məsələlərində vasitəçilik etməyə çalışan Ərdoğan üçün Ankara ilə Vaşinqton arasında daha güclü strateji tərəfdaşlığı təmin etmək regional sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir.

Ötən həftə sonu Trampla telefon danışığı zamanı Ərdoğan ABŞ Prezidentini ilk səlahiyyət müddətində Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. O, həmçinin Türkiyənin "F-35" döyüş təyyarələrinin hazırlanmasından kənarlaşdırılmasına son qoyulmasını və yeni "F-16" qırıcılarının satışının başa çatdırılmasını istəyib.

Apreldə Ərdoğan-Tramp görüşü baş tutarsa, masada Azərbaycan məsələsi də ola bilərmi?

Prezident İlham Əliyev “Avronyus”a müsahibəsində Tramp iqtidarından gözləntilərini bir daha açıqlayıb.

Bu baxımdan, Bakı-Vaşinqton əlaqələrinin yeni mərhələyə keçidində qardaş dövlətin lideri ilə Ağ Ev rəhbərinin görüşü də müsbət rol oynaya bilərmi?

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələri tarixinin ən gərgin və soyuq dövrünü yaşadı: “Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətləri kontekstində keçmiş Minsk Qrupunun üzvü kimi həmsədrlik institutunun məntiqinə zidd olaraq birmənalı şəkildə İrəvanı dəstəklədi, müxtəlif yardım proqramları ilə onların ordu quruculuğunda iştirak etdi. Lakin hazırda mövcud vəziyyət fərqlidir. Tramp administrasiyanın Cənubi Qafqazla bağlı mövqeyi olduqca maraqlıdır. Artıq Bakı- Təl-Əviv- Vaşinqton arasında üçlü formatda intensiv danışıqlar prosesinin baş tutduğu qeyd olunur. Hesab edirəm ki, Ağ Ev rəhbərliyi daha rasional düşünərək regionun lokomotivi olan ölkəmizlə əlaqələri inkişaf etdirməyə çalışacaq. Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında Donald Trampla ehtimal olunan görüşü zamanı liderlərin müzakirə masasında Azərbaycan-ABŞ münasibətlərinin müzakirə olunacağı istisna deyil. Çünki rəsmi Ankara müttəfiqinə qarşı mənfi tendensiyaların davam etməsini istəmir. Məhz bu səbəbdən Vaşinqton rəsmilərindən illüziyalardan uzaq, real perspektivlər aspektində davranmağı tələb edəcək”.

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Ərdoğanın Azərbaycan məsələsini müzakirəyə çıxaracağına əmindir: “Türkiyə ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər Donald Tramp dönəmində fərqli mərhələyə qədəm qoyur. Güman ki, yaxın aylarda Türkiyə Prezidentinin amerikalı həmkarı ilə görüşü baş tutacaq. Ərdoğan-Tramp görüşündə əsas müzakirə mövzuları Suriya, Şimali İraq, Yəmən və İran məsələləridir. Hətta İrana hücumun reallaşıb-reallaşmaması da Ərdoğanın yekun qərarından sonra müəyyən ediləcək. Görüşün ikinci ana mövzusu Rusiya-Ukrayna savaşının və Fələstin-İsrail münaqişəsinin sülh istiqamətləridir. Düşünürəm ki, Ərdoğan Trampla Azərbaycan məsələsini qısa müddətə də olsa müzakirəyə çıxaracaq. Tramp Azərbaycana iqtisadi layihələrin əsas nəbz mərkəzi kimi baxır. Sadəcə, münasibətlərə yeni enerji vermək üçün katalizator lazımdır ki, bu missiyanı Türkiyə öz üzərinə götürəcək”.

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Amerikanın Co Bayden dövrü Türkiyəyə qarşı ədalətsiz, haqsız və münasibətlərin gərgin dövrü kimi xarakterizə olunur: “Amerika Türkiyənin indiki kimi güclü, müstəqil və regionda söz sahibi olduğunu qəbul etmək istəmir. Türkiyə Prezidenti Ərdoğana qədər Amerika fərqli, onun bütün tapşırıqlarını yerinə yetirən Türkiyə görürdü. Tramp prezident seçiləndən dərhal sonra Ərdoğan haqqında müsbət fikirlər səsləndirdi. Tramp həm də bu gün Ərdoğanın Rusiya Prezidenti Putinlə, o cümlədən Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı münasibətlərini də nəzərə alır. Düşünürəm ki, Ərdoğan görüşdə tək Rusiya-Ukrayna məsələsini deyil, Türkiyə üçün suriyalı kürdlər, Amerikanın Türkiyə müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar, o cümlədən "F-35" döyüş təyyarələrinin hazırlanması məsələsini müzakirə edəcək. Amerika Türkiyəyə qarşı haqsız mövqedədir. Bu siyasətindən geri çəkilməlidir. Amerika Türkiyə ilə əməkdaşlıq və normal əlaqələrin qurulmasında maraqlı olmalıdır. Ehtimal olunur ki, Tramp bu addımı atacaq. Necə ki, Rusiyaya qarşı Amerikanın münasibəti dəyişib. Ərdoğan-Tramp görüşü baş tutacağı təqdirdə, Azərbaycanla bağlı məsələnin müzakirəsinə gəlincə, bu ,gözləniləndir. Biz çox inanırıq ki, qardaş Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Tramp hakimiyyətə gələndən sonra Bakıdan Vaşinqtona yönəlik mesajlar düzgün dəyərləndirilməlidir. Azərbaycanla ikitərəfli normal əlaqələrin olması ən doğru addım olar. Hörmətli Ərdoğan da Azərbaycanla əlaqələrinin normal olmasını Trampın diqqətinə çatdıra bilər”.


Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 22 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri