Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Ərdoğan Trampla BU TARİXDƏ görüşəcək masadakı Azərbaycan məsələsi...

Ərdoğan Trampla BU TARİXDƏ görüşəcək masadakı Azərbaycan məsələsi...

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gözlər aprelin sonuna dikilib; “Tramp Azərbaycana iqtisadi layihələrin əsas nəbz mərkəzi kimi baxır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonlarında ABŞ lideri Donald Trampla Ağ Evdə görüşməyi planlaşdırır. Bu barədə “Bloomberg” agentliyinə Türkiyədəki mənbə bildirib.

Xəbərdə deyilir ki, Ukrayna və Suriya məsələlərində vasitəçilik etməyə çalışan Ərdoğan üçün Ankara ilə Vaşinqton arasında daha güclü strateji tərəfdaşlığı təmin etmək regional sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir.

Ötən həftə sonu Trampla telefon danışığı zamanı Ərdoğan ABŞ Prezidentini ilk səlahiyyət müddətində Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. O, həmçinin Türkiyənin "F-35" döyüş təyyarələrinin hazırlanmasından kənarlaşdırılmasına son qoyulmasını və yeni "F-16" qırıcılarının satışının başa çatdırılmasını istəyib.

Apreldə Ərdoğan-Tramp görüşü baş tutarsa, masada Azərbaycan məsələsi də ola bilərmi?

Prezident İlham Əliyev “Avronyus”a müsahibəsində Tramp iqtidarından gözləntilərini bir daha açıqlayıb.

Bu baxımdan, Bakı-Vaşinqton əlaqələrinin yeni mərhələyə keçidində qardaş dövlətin lideri ilə Ağ Ev rəhbərinin görüşü də müsbət rol oynaya bilərmi?

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələri tarixinin ən gərgin və soyuq dövrünü yaşadı: “Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətləri kontekstində keçmiş Minsk Qrupunun üzvü kimi həmsədrlik institutunun məntiqinə zidd olaraq birmənalı şəkildə İrəvanı dəstəklədi, müxtəlif yardım proqramları ilə onların ordu quruculuğunda iştirak etdi. Lakin hazırda mövcud vəziyyət fərqlidir. Tramp administrasiyanın Cənubi Qafqazla bağlı mövqeyi olduqca maraqlıdır. Artıq Bakı- Təl-Əviv- Vaşinqton arasında üçlü formatda intensiv danışıqlar prosesinin baş tutduğu qeyd olunur. Hesab edirəm ki, Ağ Ev rəhbərliyi daha rasional düşünərək regionun lokomotivi olan ölkəmizlə əlaqələri inkişaf etdirməyə çalışacaq. Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında Donald Trampla ehtimal olunan görüşü zamanı liderlərin müzakirə masasında Azərbaycan-ABŞ münasibətlərinin müzakirə olunacağı istisna deyil. Çünki rəsmi Ankara müttəfiqinə qarşı mənfi tendensiyaların davam etməsini istəmir. Məhz bu səbəbdən Vaşinqton rəsmilərindən illüziyalardan uzaq, real perspektivlər aspektində davranmağı tələb edəcək”.

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Ərdoğanın Azərbaycan məsələsini müzakirəyə çıxaracağına əmindir: “Türkiyə ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər Donald Tramp dönəmində fərqli mərhələyə qədəm qoyur. Güman ki, yaxın aylarda Türkiyə Prezidentinin amerikalı həmkarı ilə görüşü baş tutacaq. Ərdoğan-Tramp görüşündə əsas müzakirə mövzuları Suriya, Şimali İraq, Yəmən və İran məsələləridir. Hətta İrana hücumun reallaşıb-reallaşmaması da Ərdoğanın yekun qərarından sonra müəyyən ediləcək. Görüşün ikinci ana mövzusu Rusiya-Ukrayna savaşının və Fələstin-İsrail münaqişəsinin sülh istiqamətləridir. Düşünürəm ki, Ərdoğan Trampla Azərbaycan məsələsini qısa müddətə də olsa müzakirəyə çıxaracaq. Tramp Azərbaycana iqtisadi layihələrin əsas nəbz mərkəzi kimi baxır. Sadəcə, münasibətlərə yeni enerji vermək üçün katalizator lazımdır ki, bu missiyanı Türkiyə öz üzərinə götürəcək”.

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Amerikanın Co Bayden dövrü Türkiyəyə qarşı ədalətsiz, haqsız və münasibətlərin gərgin dövrü kimi xarakterizə olunur:“Amerika Türkiyənin indiki kimi güclü, müstəqil və regionda söz sahibi olduğunu qəbul etmək istəmir. Türkiyə Prezidenti Ərdoğana qədər Amerika fərqli, onun bütün tapşırıqlarını yerinə yetirən Türkiyə görürdü. Tramp prezident seçiləndən dərhal sonra Ərdoğan haqqında müsbət fikirlər səsləndirdi. Tramp həm də bu gün Ərdoğanın Rusiya Prezidenti Putinlə, o cümlədən Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı münasibətlərini də nəzərə alır. Düşünürəm ki, Ərdoğan görüşdə tək Rusiya-Ukrayna məsələsini deyil, Türkiyə üçün suriyalı kürdlər, Amerikanın Türkiyə müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar, o cümlədən "F-35" döyüş təyyarələrinin hazırlanması məsələsini müzakirə edəcək. Amerika Türkiyəyə qarşı haqsız mövqedədir. Bu siyasətindən geri çəkilməlidir. Amerika Türkiyə ilə əməkdaşlıq və normal əlaqələrin qurulmasında maraqlı olmalıdır. Ehtimal olunur ki, Tramp bu addımı atacaq. Necə ki, Rusiyaya qarşı Amerikanın münasibəti dəyişib. Ərdoğan-Tramp görüşü baş tutacağı təqdirdə, Azərbaycanla bağlı məsələnin müzakirəsinə gəlincə, bu ,gözləniləndir. Biz çox inanırıq ki, qardaş Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Tramp hakimiyyətə gələndən sonra Bakıdan Vaşinqtona yönəlik mesajlar düzgün dəyərləndirilməlidir. Azərbaycanla ikitərəfli normal əlaqələrin olması ən doğru addım olar. Hörmətli Ərdoğan da Azərbaycanla əlaqələrinin normal olmasını Trampın diqqətinə çatdıra bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Mart 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri