Icma.az
close
up
RU
Ərdoğan Trampla hansı məsələləri müzakirə edəcək?

Ərdoğan Trampla hansı məsələləri müzakirə edəcək?

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yerli mediada yayılan məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Vaşinqtona səfər edərək Ağ Evin rəhbəri Donald Trampla görüşmək niyyətindədir. Bəs görüşdə hansı məsələlər müzakirə oluna bilər?

Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyə və ABŞ prezidentləri arasında keçiriləcək görüşdə təhlükəsizlik, beynəlxalq münaqişələr, iqtisadi əlaqələr və hərbi əməkdaşlıq kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir:

“İlk növbədə, Türkiyənin təhlükəsizlik məsələsi gündəmdə olacaq. Bu, Suriyanın şimalında mövcud olan PKK/YPG terrorçuları və ABŞ-nin onlara verdiyi dəstəklə bağlıdır. Türkiyə istəyir ki, Donald Tramp verdiyi sözü tutsun, ABŞ qoşunlarını Suriyanın şimalından çıxarsın və terrorçulara verdiyi dəstəyi tamamilə dayandırsın. Bu proses çərçivəsində həm də Suriyanın təhlükəsizliyi və ərazi bütövlüyü məsələləri müzakirə ediləcək. Artıq Türkiyənin dəstək verdiyi SDQ – PKK-nın siyasi qolu kimi təqdim edilən bu qüvvələr Suriyanın dövlət başçısı ilə müqavilə imzalayıblar. Müqaviləyə əsasən, Suriyanın vahid dövlət olaraq qalması və SDQ silahlı qüvvələrinin Suriyanın rəsmi ordu sisteminə daxil edilməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin, terrorçuların Suriyanı tərk etməsi ilə bağlı konkret razılaşmalar var. Digər mühüm müzakirə predmeti Ukrayna-Rusiya münaqişəsi olacaq. Türkiyə bu prosesdə bilavasitəaktiv iştirak etmək istəyini bəyan edib və hətta görüşlərin Türkiyədə keçirilməsini təmin edə biləcəyini bildirib. Türkiyə bu sahədə artıq praktiki təcrübəyə malikdir və həm Rusiya, həm də Ukrayna ilə bərabər məsafədə olan yeganə NATO ölkəsidir”.

Politoloqun sözlərinə görə, Cənubi Qafqaz məsələsi də müzakirə mövzularından biri olacaq:

“Türkiyə artıq bu regionda hərbi, siyasi və iqtisadi baxımdan mövcuddur. Avropanın giriş qapısı olan Gürcüstan və ən güclü strateji ölkəsi olan Azərbaycanla ciddi təmasları var. Bu baxımdan Türkiyə, əlbəttə ki, Cənubi Qafqazda söz sahibi olmaq istəyini bəyan edəcək. Bu kontekstdə Orta Dəhliz layihəsi də ciddi müzakirə ediləcək. Bu layihə ABŞ və Donald Tramp administrasiyasının geosiyasi və geoiqtisadi maraqlarına uyğun olduğuna görə, onun inkişafı ilə bağlı qərarlar qəbul edilə bilər. Həmçinin Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli məsələsi də danışıqların gündəmində olacaq”.

N.Miri Türkiyənin Avropa İttifaqı ilə münasibətləri və Avropanın yeni güc mərkəzi olaraq öz hərbi potensialını gücləndirməsi məsələsinin də görqşdə müzakirə olunacağı qənaətindədir:

“ABŞ NATO üzrə Türkiyənin strateji müttəfiqidir. Əgər ABŞ Avropanın təhlükəsizliyini təmin etməkdən imtina edirsə, Avropa öz təhlükəsizliyini təmin etmək üçün yeni addımlar atmalıdır. Artıq bu yöndə konkret razılaşmalar var. Ancaq bu razılaşmalar və ayrılacaq 8 milyard avro həcm olaraq nə qədər böyük olsa da, Türkiyənin iştirak etmədiyi təhlükəsizlik sistemi Avropa üçün yetərli olmayacaq. Türkiyənin bilavasitə bütöv təhlükəsizlik sistemində bərabərhüquqlu iştirakına, həm də onun inkişaf etmiş hərbi sənaye kompleksinin də Avropa ilə birgə fəaliyyətinə ehtiyac var. Bu baxımdan Türkiyə Avropanın bir çox müdafiə proqramlarında iştirak etmək niyyətini bildirib. Görüşdə NATO-nun gələcək perspektivləri də müzakirə olunacaq. Son dövrlərdə həm Avropada, həm də ABŞ-də NATO-nun parçalanması və dağılması ilə bağlı fikirlər səsləndirilir. Buna görə də Türkiyə və ABŞ liderləri bu təşkilatın gələcəyi ilə bağlı müzakirələr aparacaqlar”.

Politoloqun fikrincə, Türkiyənin ABŞ-dən almaq istədiyi döyüş təyyarələri məsələsi də görüşdə əsas müzakirə mövzularından biri olacaq:

“Türkiyə artıq 40 ədəd F-16 təyyarəsinin alınması ilə bağlı ABŞ-la razılaşma əldə etsə də, hələ də bu qırıcılar Türkiyəyə təhvil verilməyib. Bundan əlavə, F-35 proqramına yenidən qoşulmaq və ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların ləğvi məsələsi də gündəmə gələcək. Türkiyə bu qırıcıların pulunu əvvəlcədən ödəsə də, nə F-35-lər, nə də F-16-lar hələ də təhvil verilməyib”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Mart 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri