Ərdoğan Trampla regional və qlobal məsələləri müzakirə edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.
Liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər.
Ərdoğan İranla ABŞ arasındakı gərginliyin sona çatmasının və problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb. Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
O Həmçinin Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün artan diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini söyləyib.
Türkiyə Prezidenti, bu istiqamətdəki işlərə töhfə verməyə davam edəcəklərini, həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının vacibliyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Noyabr 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















