Ərdoğandan Bişkek dönüşü kritik açıqlama: Putinlə bunu müzakirə etdik
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan F-35 proqramı və S-400-lərlə bağlı son vəziyyəti açıqlayıb.
Turkustan.az xəbər verir ki, Ərdoğan Qırğızıstan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, Türkiyənin F-35 proqramına yenidən qoşulması ilə bağlı ABŞ-dakı proseslərin tamamlanmasını gözləyirlər. Ərdoğan məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə də görüşdə müzakirə apardığını qeyd edib.
Türkiyə lideri ölkəsinin F-35 məsələsində diplomatik səylərini davam etdirdiyini, eyni zamanda KAAN layihəsindən və milli hava hücumundan müdafiə sistemlərinin hazırlanmasından imtina etmədiyini vurğulayıb.
Ərdoğan Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, Putinlə görüşdə müharibənin gedişini müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, Putin də müharibənin mümkün qədər tez başa çatmasını və bölgədə sülhün bərqərar olmasını istəyir.
Türkiyə lideri Ankaranın sülh prosesinə töhfə vermək üçün əlindən gələni etməyə hazır olduğunu deyib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 02 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















