Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi nəqliyyat məsələsilə bitməyəcək” İqtisadçı

“Zəngəzur dəhlizi nəqliyyat məsələsilə bitməyəcək” İqtisadçı

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mənə ən çox maraqlı olan Zəngəzur dəhlizi ilə bağlı bu dəhlizin iqtisadi potensialının necə reallaşdırılacağı, hansı iqtisadi model əsasında fəaliyyət göstərəcəyidir. ABŞ və Ermənistan arasında yaradılan, nəzarət səhm paketi ABŞ-a məxsus olacaq TRIPP Development Company şirkətinin fəaliyyəti bu baxımdan xüsusi maraq doğurur. Bir sıra məsələlər artıq məlumdur, bəzi siyasi məsələlərdə qismən aydınlıq var, amma iqtisadi baxımdan detalları maraq doğuran xeyli suallar var”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O, bildirib ki, məsələn, Dəhlizin ayrı-ayrı infrastruktur komponentlərinə nə qədər investisiya qoyulacaq?:

“Və ya İnvestisiyaların hansı hissəsi dövlət, hansı hissəsi özəl sektor hesabına maliyyələşdiriləcək? Ayrı-ayrı infrastruktur obyektlərinin tikintisi və istismarı hansı kommersiya şərtləri əsasında həyata keçiriləcək? Dəhlizdən istifadə tarifləri hansı prinsiplər əsasında müəyyənləşdiriləcək? İllər üzrə yük və sərnişin daşımalarının real proqnozları necədir? Layihənin rentabelliyi və investisiyaların geri dönüş müddəti necə hesablanır? Dəhlizin digər regional nəqliyyat marşrutları ilə müqayisədə qiymət və zaman üstünlükləri nə qədər olacaq? Elektrik enerjisi, neft və qaz nəqli, fiberoptik rabitə infrastrukturu üzrə hansı konkret kommersiya layihələri reallaşdırılacaq? Dəhlizin fəaliyyəti İran və Gürcüstan üzərindən keçən mövcud və perspektiv tranzit marşrutlarının iqtisadi səmərəliliyinə necə təsir göstərəcək? Ayrı-ayrı ölkələrin, investorların və daşıyıcı şirkətlərin bu layihədən əldə edəcəkləri iqtisadi dividendlər nə qədər olacaq? Suallar çoxdur. Daha da artıqmaq olar. Çünki, Zəngəzur dəhlizi nəqliyyat məsələsilə bitməyəcək. O özündə çoxsaylı infrastruktur və investisiya layihələrini birləşdirən irimiqyaslı regional iqtisadi proqramdır”. 

İqtisadçının fikrincə, son nəticədə isə iqtisadi cəhətdən dayanıqlı, rəqabətqabiliyyətli və işlək bir mexanizm formalaşmalıdır:

“Düşünürəm ki, bu suallar analitik mərkəzlər və elmi tədqiqatla məşğul olanlar üçün də maraqlı mövzulardır. İllərdir bir-birinə bənzəyən mövzularda elmi məqalələr və dissertasiyalar yazmaqdansa, aktual iqtisadi prosesləri, onların inkişaf perspektivlərini və mümkün nəticələrini tədqiq etmək daha faydalı olmazmı? Bunun üçün layihələrin başa çatmasını gözləməyə də ehtiyac yoxdur. Alternativ inkişaf ssenarilərinin hazırlanması, iqtisadi potensialın və mümkün risklərin qiymətləndirilməsi özü ciddi elmi tədqiqat mövzusudur”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Noyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri