Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“Putinlə təmas xüsusi diqqət çəkdi” İlham Əliyevin Bişkek görüşləri nə mesaj verir?

“Putinlə təmas xüsusi diqqət çəkdi” İlham Əliyevin Bişkek görüşləri nə mesaj verir?

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri başlayıb.

Dövlət başçısının səfəri Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə eyni vaxta təsadüf edib. Sammit çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirilib, regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub.

Azərbaycanın da iştirak etdiyi bu platformada regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya əlaqələri və iqtisadi əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Maraqlıdır, Prezident İlham Əliyevin Qırğızıstana səfərinin Azərbaycanın xarici siyasəti və Mərkəzi Asiya ölkələri ilə münasibətləri baxımından hansı siyasi əhəmiyyəti var?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Prezident İlham Əliyevin səfəri bir neçə mühüm hadisənin eyni gündə bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

"Avqustun 31-i Bişkek üçün adi gün deyildi. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə həsr olunmuş sammit, Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümü və VI Dünya Köçəri Oyunlarının açılışı üç fərqli miqyaslı hadisə kimi eyni şəhərdə üst-üstə düşdü. Prezident İlham Əliyevin bu simvolik sıxlıqdan optimal istifadə etməsi, bir gün ərzində müxtəlif formatlarda çoxsaylı liderlərlə təmaslara çıxması təsadüfi proqram deyil, hesablanmış diplomatik strategiyanın nümunəsidir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin qısa müddət ərzində Qırğızıstana ikinci dəfə səfər etməsi Bakı-Bişkek münasibətlərinin inkişaf dinamikasını göstərir:

"Diqqətəlayiq faktdır ki, bu, Prezident Əliyevin cəmi bir ay ərzində Qırğızıstana ikinci səfəridir. İyulun 30-31-də Bişkekə dövlət səfəri baş tutmuş, həmin vaxt Çolpon-Atada Müttəfiqlik Münasibətləri haqqında müqavilə imzalanmışdı. Belə tezlikdə təmasların baş verməsi Bakı-Bişkek xəttinin artıq ənənəvi "dostluq və qardaşlıq” ritorikasından çıxaraq konkret institusional əməkdaşlığa keçdiyini göstərir. ŞƏT sammiti bu mənada yalnız çoxtərəfli platforma deyil, ikitərəfli əlaqələrin sınaq meydanına da çevrilib”.


N. Həmzəyev Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Günün ən çox izlənən hadisəsi, şübhəsiz, Baş nazir Nikol Paşinyanla görüş oldu. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını xüsusi vurğuladılar. Bu o deməkdir ki, proses kağız üzərində qalmayıb, liderlər arasında canlı təmasla dəstəklənir. Üçüncü tərəfin, bu halda ŞƏT platformasının neytral zəmin rolu oynaması Bakı üçün həm daxili, həm də beynəlxalq auditoriyaya "danışıqlar davam edir” siqnalını vermək baxımından əhəmiyyətlidir”.

Deputat Azərbaycan-Qazaxıstan münasibətlərinə də toxunaraq Prezident İlham Əliyevin Kasım-Jomart Tokayevlə görüşünü strateji tərəfdaşlığın davamlılığının göstəricisi kimi qiymətləndirib:

"Prezident Tokayevlə görüş daha çox simvolik-diplomatik xarakter daşıdı. Prezident Qazaxıstanın yeni parlament seçkiləri münasibətilə təbrik etdi, strateji tərəfdaşlığın davamlılığını bir daha təsdiqlədi. Bununla belə, məhz bu cür protokol görüşləri müttəfiqlik münasibətlərinin institusional yaddaşını formalaşdırır. İran Prezidenti Pezeşkianla görüş isə daha çətin kontekstdə baş tutdu. Regionda gərginlik fonunda Bakı sülh və danışıqlar yolunu dəstəklədiyini bir daha bəyan etdi. Diplomatik səviyyədə formal mövqe bəyanatı olsa da, Tehranla açıq kanalın saxlanması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Xüsusən sərhəd təhlükəsizliyi və nəqliyyat dəhlizləri kontekstində bu, çox vacib məsələdir. Azərbaycanın İsti Suyunun İran Prezidentinə təqdim edilməsi və onun tərəfindən içilməsi də böyük maraqla qarşılandı. Prezident İlham Əliyevin bu incə və simvolik addımı böyük məna kəsb edir”.

Deputat VI Dünya Köçəri Oyunlarının açılışı çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan və İran liderlərinin birgə təmasının da diqqətçəkən olduğunu qeyd edib:

"Köçəri Oyunlarının açılışı ərəfəsində Əliyevin Ərdoğan, Mirziyoyev və Pezeşkianla birgə, protokoldan kənar görüşü xüsusi diqqətəlayiqdir. Rəsmi gündəliksiz, "kuluar” formatındakı bu təmaslar çox vaxt rəsmi sazişlərdən daha çox siyasi əhval-ruhiyyəni əks etdirir. Türk dünyasının aparıcı liderlərinin İranla birgə eyni masada olması regionda fərqli maraq dairələrinin, Türk Şurası, ŞƏT və Mərkəzi Asiya formatlarının bir-birini istisna etmədiyini, əksinə, üst-üstə düşdüyünü göstərir”.

N. Həmzəyev Dünya Köçəri Oyunlarının siyasi və mədəni baxımdan da mühüm platformaya çevrildiyini bildirib:

"VI Dünya Köçəri Oyunlarının açılışını edərkən Prezident Sadır Japarov şəxsən ŞƏT sammiti ilə eyni vaxta düşməsinin "dərin simvolik məna” daşıdığını vurğuladı. Bu, təsadüfi deyil. Mədəni-humanitar tədbirlərin siyasi sammitlərlə sinxronlaşdırılması region liderlərinə sərt siyasi danışıqlardan sonra qeyri-rəsmi ünsiyyət üçün əlavə pəncərə açır. Azərbaycan üçün bu cür platformalarda iştirak həm mədəni yaxınlığın, həm də türk-köçəri irsinə bağlılığın nümayişi baxımından əlavə yumşaq güc resursudur”.

Deputat Prezident İlham Əliyevin sammit çərçivəsində digər dövlət və hökumət başçıları ilə qeyri-rəsmi təmaslarının da mühüm siyasi mesajlar daşıdığını vurğulayıb:

"Gün ərzində rəsmi görüşlər cədvəlindən kənarda fərqli təmaslar da reallaşdı. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibi Antonio Quterreşlə, Rusiya Prezidenti Vladimir Putinlə, Tacikistan Prezidenti Emoməli Rəhmonla və Pakistanın Baş naziri Şəhbaz Şəriflə ayaqüstü söhbət etdilər. Bu formatın diplomatik dili öz-özlüyündə mesaj daşıyır. Ayaqüstü görüşlər rəsmi sənəd və bəyanat tələb etmir, lakin siyasi baxımdan heç də az əhəmiyyətli deyil. Əksinə, çox vaxt "hər şey qaydasındadır” siqnalının ən sadə formasıdır”.

N. Həmzəyev Vladimir Putinlə təmasın xüsusi diqqət çəkdiyini bildirib:

"Putinlə təmas xüsusi diqqət çəkdi. Son dövrlərdə Bakı-Moskva münasibətlərində yaşanmış gərginlikdən sonra iki liderin ictimai məkanda sərbəst və açıq şəkildə görünməsi münasibətlərin normallaşma trayektoriyasının davam etdiyinin əlavə təsdiqidir. Rəsmi masa arxasında deyil, kuluarda baş tutan bu cür epizodlar bəzən formal danışıqlardan daha inandırıcı siqnal rolunu oynayır. Bu dörd xəttin bir gündə, bir şəhərdə kəsişməsi göstərir ki, Azərbaycanın Mərkəzi Asiya istiqamətli diplomatiyası artıq epizodik deyil, ardıcıl və çoxqatlı formata keçib. ŞƏT platforması Bakı üçün getdikcə təkcə iqtisadi əməkdaşlıq meydançası deyil, həm regional təhlükəsizlik arxitekturasında iştirak kanalına, həm də böyük güclərlə minimal riskli, lakin siyasi cəhətdən oxunaqlı təmas kanalına çevrilir. Rəsmi görüşlərin sayı qədər, bəlkə də daha çox, bu ayaqüstü epizodların simvolik yükü Bişkek gününün əsl mənzərəsini tamamlayır”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Sentyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri