Ərdoğandan İsraillə HƏMAS arasındakı razılaşmaya reaksiya: Atəşkəsi alqışlayırıq
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Fələstin Müqavimət Hərəkatı (HƏMAS) ilə İsrail arasında atəçşkəs razılaşmasınıı alqışlayırıq. Razılaşmanın Fələstinli qardaşlarımız, bölgəmiz və bütün bəşəriyyət üçün faydalı olacağını və qalıcılığa qapı açacağını ümid edirik"
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu, Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatında yer alıb.
"Atəşkəsi alqışlayır və qəhrəman Fələstin xalqını salamlayırıq" deyən Ərdoğanın daha sonra belə davam edib: "İsrailin qeyri-insani hücumlarına qarşı öz torpağını və azadlığını cəsarətlə müdafiə edən Qəzzanın qəhrəman xalqını və igid oğullarını hörmətlə salamlayırıq. Biz Türkiyə olaraq fələstinli qardaşlarımızı zülmlə mübarizədə bir an olsun tək buraxmadıq. İnşallah, Qəzzə xalqının yanında olmağa davam edəcəyik və bütün imkanlarımızdan istifadə edərək Qəzzanın yaralarının sağalması və ayağa qalxması üçün kömək edəcəyik. Bu münasibətlə Qəzzə torpaqlarını mübarək qanları ilə sulayan bütün şəhidlərimizi ehtiramla yad edir, atəşkəs razılaşmasının xeyirli olmasını Allahdan diləyirəm”.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 Yanvar 2025 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















