Ərdoğandan şok addım: Əfv edilənlər arasında terrorçu da var
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 məhkumun qalan cəzasını səhhət problemləri səbəbilə ləğv edib.
Sherg.az xəbər verir ki, Məhkumlar məhkəmə-tibb qurumunun “ağır xəstəlik və ya yaşlılıq” vəziyyətinə dair rəyinə əsasən əfv olunub.
Cəzası ləğv olunanlar arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi, qətl, cinayətkar qrup yaratmaq və terror təşkilatına üzvlük kimi ittihamlarla ömürlük həbsə məhkum olunan şəxslər də var.
Əfv edilənlər arasında Sivas qətliamı işi üzrə ağırlaşdırılmış ömürlük həbs cəzası almış 54 yaşlı Adem Kozu da yer alır. Onun cəzası “daimi xəstəlik vəziyyəti” səbəbilə ləğv olunub.
Həmçinin, konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd ittihamı ilə ömürlük həbs cəzası almış Mehmet Tunç da “qocalıq vəziyyəti” səbəbilə əfv edilib.
Qeyd edək ki, Prezident Konstitusiyanın 104-cü maddəsinə əsasən əfv hüququndan istifadə edə bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 01 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















