Icma.az
close
up
RU
Ərdoğandan vacib Suriya açıqlaması

Ərdoğandan vacib Suriya açıqlaması

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Prezident Ərdoğan: "Türkiyə dünya məsələlərinin gedişatını dəyişən sülhpərvər və aktiv siyasəti ilə tarixə istiqamət verir, həm öz, həm də bəşəriyyət tarixini yenidən yazır".

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Aparatı iclasından sonra bir neçə bəyanatla çıxış edib:

"Bugünkü gündə dünənkindən daha güclüyük, sabah isə daha yaxşı yerlərdə olacağıq. Millətimizi məhdud çərçivələrə həbs etmək istəyən uzaqgörənliksizlərə inad, ümidimizi böyütməyə davam edəcəyik."

"Suriya münaqişəsini dialoq yolu ilə həll etmək çağırışlarımız köhnə rejim tərəfindən kobudcasına rədd edildi, ölkəmizin uzatdığı əlin dəyəri bilinmədi."

"Əsəd, arxasında təxminən 1 milyona yaxın insanın qətlə yetirildiyi, 12 milyon insanın məcburən köç etdiyi və bir çox şəhərin xarabalığa çevrildiyi bir Suriya qoyaraq qaçıb."

"Qəlbimizin bir hissəsi Qaziantep, Hatay, Şanlıurfa isə digər yarısı Afrin, Hələb, Hama, Hums və Dəməşqdir."

"Suriyaya dair həssasiyyətimiz heç vaxt mənfəətə əsaslanmayıb. Biz bu məsələyə hər zaman vicdan və mərhəmət pəncərəsindən baxmışıq."

"Türk milləti çətin günlərində suriyalı məzlumlara qucaq açmasının şərəfini əbədi bir fərəh olaraq daşıyacaqdır."

"Suriyada zalım Əsəd rejimi ilə birlikdə ölkəmizdə qaçqın düşmənliyini qızışdıran çirkin düşüncə də məğlub olub."

"Suriyanı təsiri altına alan güclü dəyişiklik rüzgarının başda mühacirlər olmaqla bütün suriyalılar üçün xeyirli nəticələr doğuracağına inanıram."

"Suriya sabitliyə qovuşduqca, inşallah, könüllü, təhlükəsiz, şərəfli və nizamlı geri dönüşlər də artacaq."

"(Suriyalı qaçqınların dönüşü) İzdihamın qarşısını almaq və hərəkəti asanlaşdırmaq üçün Yayladağı Sərhəd Qapısını keçidlərə açırıq."

"Ana müxalifət partiyasına və onun köhnə və yeni rəhbərliyinə Şam rejiminin yasını tutmağı buraxıb Suriyalı xalqın sevincinə ortaq olmalarını tövsiyə edirəm."

"Türkiyənin başqa bir ölkənin torpağında gözü yoxdur. Sərhəd əməliyyatlarımızın yeganə məqsədi vətəni və vətəndaşlarımızı terror hücumlarından qorumaqdır."

"Dünəndən etibarən Suriyada qaranlıq dövr sona çatıb, işıqlı bir dövr başlayıb."

"Türkiyə sərhədləri xaricində yeni terror ocaqlarının meydana çıxmasına göz yummayacaq."

"Nə PKK və Suriyadakı uzantıları, nə də DEAŞ ölkəmizin tərəfdaşı deyil, rəqibidir. Suriyanın ərazi bütövlüyünün mütləq şəkildə qorunması lazımdır."

Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2024 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri