Icma.az
close
up
RU
Ərdoğanın Əliyevə zənginin görünməyən detalları İki ehtimal var KONKRET

Ərdoğanın Əliyevə zənginin görünməyən detalları İki ehtimal var KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə zəngi Türkiyə–Azərbaycan xəttindəki gərginlik fonunda hadisələrin axınını müəyyənləşdirəcək hadisədir.

Tərəflərin telefon söhbəti ilə bağlı yaydığı rəsmi məlumatın eyni olması münasibətlərin gələcəyi ilə bağlı ortaq mövqe sərgilənməsi baxımından mühüm məqamlardan hesab oluna bilər. Ərdoğan da, Əliyev də Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin inkişaf edəcəyini bildirərək, vahid mövqedən çıxış ediblər.

Məlumatda qeyd olunmasa da, liderlərin iki ölkə arasındakı son gərginliyi müzakirə etdiyi bəllidir. Və telefon zəngi ilə bağlı rəsmi mətn ortaq mövqenin tapıldığını deməyə əsas verir.

Telefon zəngində iki məqam xüsusilə əhəmiyyətlidir.

Birincisi, Bakıda bu zəngin gözlənilməsidir.

İki ölkə arasındakı gərginlik Türkiyədə hakimiyyət nümayəndlərinin də iştirakı ilə Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın aparılmasından qaynaqlanır. Bakı üçün bu prosesdə Ankaradan birinci şəxs istisna olmaqla, istənilən səviyyəli təmaslar həlledici ola bilməzdi. Çünki informasiya hücumları ilk deyil, Azərbaycan isə son qoyulmasını istəyir və bunun olmayacağı təminatını yalnız Ərdoğan verə bilər.

İkincisi, Ərdoğanın Əliyevi Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət etməsidir.

Ankarada keçiriləcək Zirvədə TDT-yə sədrlik Azərbaycandan Türkiyəyə keçəcək. Baş verənlər isə təkcə Bakı-Ankara xəttində yox, TDT daxilində və təşkilatın gələcək strategiyasında ciddi risklər yaradır. Gərginliyin aradan qalxması bu baxımdan vacibdir.

Türkiyədə Azərbaycana qarşı infohücumlar dayanacaqmı?

Əsas sual budur. Ərdoğanın zəng etməsi ilə prosesin dayanacağı, ən azı səngiyəcəyi gözləniləndir, lakin tamamilə həll ediləcəyi ehtimalı hələ də zəif görünür.

1. Fikir ayrılığının təməl səbəblərindən biri dünyəvi modellə dini-ideoloji yanaşmanın toqquşmasıdır və Ankaranın rəsmi dairələrində Bakı ilə münasibətlərə bu kontekstdə baxanlar var;

2. Azərbaycana qarşı informasiya hücumları, təzyiq cəhdləri uzun müddətdir davam edir, son hadisələr burada motiv rolunu oynadı: bu, ziddiyyətlərin görünəndən daha dərin olduğu deməkdir.

Bu amillər problemin tam həll edildiyini deməyi çətinləşdirir. Bundan sonra münasibətlərin gələcəyini daha çox Türkiyə rəhbərliyinin yanaşması müəyyənləşdirəcək. Bakının mövqeyi isə açıqdır: Azərbaycanın dünyəvi dövlət quruluşuna, daxili məsələlərinə və müstəqil siyasətinə müdaxilə qəbuledilməzdir.

Əslində son gərginliyin ən mühüm nəticəsi bu oldu. İndiyə qədər Türkiyədən olan hücumlar Azərbaycanda loyallıqla qarşılanır, problemin diplomatik və ictimai kanallarla həll edilməsi xətti izlənilirdi. Çünki Azərbaycan Türkiyəyə yanaşmada hər zaman qardaşlıq münasibətlərinə əsaslanıb. Son müdaxilə cəhdlərində isə Bakı sərt mövqe sərgiləməklə “qırmızı xətləri”ni müəyyənləşdirdi.

Asif Nərimanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri