Ərdoğanın emosional anı! Göz yaşlarını saxlaya bilmədi
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində (TBMM) anım mərasimi keçirilib.
Turkustan.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Tədbir zamanı 2016-cı il 15 iyul çevriliş cəhdini əks etdirən xüsusi videoçarx nümayiş olunub. Kadrlara baxan Prezident Ərdoğanın kövrəldiyi və göz yaşlarını saxlaya bilmədiyi müşahidə olunub.
Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinin ildönümünə həsr olunan mərasimdə dövlət rəsmiləri və millət vəkilləri də iştirak ediblər.
Prezident Ərdoğanı TBMM-yə gəlişi zamanı parlamentin sədri Numan Kurtulmuş qarşılayıb. Rəsmi qarovul dəstəsini salamlayan dövlət başçısı daha sonra anım proqramının keçirildiyi zala keçərək iştirakçıları salamlayıb.
Mərasimdə 15 iyul hadisələri zamanı həyatını itirən şəhidlər yad edilib, çevriliş cəhdinə qarşı göstərilən müqavimətin Türkiyənin demokratiya tarixində mühüm yer tutduğu vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 İyul 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















