Icma.az
close
up
RU
Ərdoğanın oğlu ilə bağlı yeni iddia Ölkəni onlarla bərabər idarə edəcək?

Ərdoğanın oğlu ilə bağlı yeni iddia Ölkəni onlarla bərabər idarə edəcək?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə siyasətində yeni və həssas bir mərhələnin konturları formalaşmağa başlayır. Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətindən sonrakı dövrlə bağlı ssenarilər artıq kuluar müzakirələrindən çıxaraq açıq siyasi polemika mövzusuna çevrilib.

Son dövrlər prezidentin oğlu Bilal Ərdoğanın mümkün varis kimi önə çıxarılması, onun iqtidara hazırlanması prosesinin başladığına dair iddialar təkcə müxalif düşərgədə deyil, hakim siyasi çevrələrdə də ciddi suallar doğurur. Mövcud müzakirələr Türkiyədə hakimiyyətin ötürülməsi modelinin necə formalaşa biləcəyi və siyasi sistemin buna nə dərəcədə hazır olduğu məsələsini yenidən güntəmə gətirir.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ərdoğan artıq xeyli irəliləyib və təbii olaraq varis məsələsi üzərində düşünməyə başlayıb:

“Onun varisi ola biləcək şəxslərin kimliyinə dair müxtəlif mülahizələr mövcuddur. Bu adlardan biri də oğlu Bilal Ərdoğandır. Xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalının da adları ehtimal olunan varislər sırasında çəkilir.

Bilal Ərdoğanın adı isə son zamanlar daha çox hallanmağa başlayıb. Hakan Fidan və İbrahim Kalından fərqli olaraq onun siyasi təcrübəsi yetərli səviyyədə deyil. Müqayisə apardıqda, Fidan və Kalın daha təcrübəli fiqurlar hesab olunurlar.


Elxan Şahinoğlu

Bununla belə, Bilal Ərdoğan estafeti atasından alarsa, yenə də adıçəkilən şəxslərlə birgə çalışmaq məcburiyyətində qalacaq. Çünki bu iki şəxsdən biri Türkiyənin kəşfiyyat sistemini, digəri isə xarici siyasətini çox yaxşı bilir. Nəticə olaraq bu üç şəxs olayı yolla Ərdoğanın varisi kontekstində iqtidarda ortaq hərəkət edə bilər.

Son zamanlar Bilal Ərdoğanla bağlı ardıcıl məqalələr və yazılar dərc olunur. Lakin bunlar təkbaşına yetərli deyil. Onun özünün də siyasi prestijini artırması və nüfuz qazanması üçün praktik addımlar atması vacibdir. Bu halda atasının yerinə hakimiyyətə gəlmə şansları daha real görünər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri