Ərdoğanın qızının paylaşdığı FOTO erməniləri qorxuya saldı
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Əsra Ərdoğanın X sosial şəbəkəsində paylaşdığı foto diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, tarixi Hələb qalasından Türkiyə bayrağının asılmasını əks etdirən görüntünü paylaşaraq buranın bir vaxtlar Osmanlı İmperiyasının ərazisi olduğunu xatırladıb.
Sözügedən paylaşım böyük dəstək görməklə yanaşı, tənqid obyekti də olub. Belə ki, erməni politoloq Ayk Saakyan həmin paylaşımı isterika ilə qarşılayıb. O, türklərin guya həmişə imperialist maraqları olduğunu deyib və "İrəvana hücum", "Ermənistanın işğalı" kimi absurd iddialar irəli sürüb.
Saakyan Türkiyə ilə münasibətlərin normallaşacağını düşünən erməniləri sadəlövh adlandırıb və revanşist mesajlar verib.
Qeyd edək ki, dekabrın 1-i Suriyanın ikinci böyük şəhəri Hələb müxalif silahlıların nəzarətinə keçib. Tarixi Hələb qalası Türkiyəyönlü qüvvələr tərəfindən geri qaytarılıb və qalaya Türkiyə bayrağı sancılıb. /globalinfo.az/
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















