Icma.az
close
up
RU
Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ərdoğanın Zəfər günündə Şuşaya səfəri və Əliyevlə görüşü Bakı-Ankara xəttində gərgin abu-havanın aradan qaldırılması və iki prioritetin elan edilməsi baxımından əhəmiyyətli oldu.

1. Liderlər son günlər yaşanan gərginlikdə maraqlı deyil və qardaşlıq münasibətlərinə yanaşma dəyişməyib;

2. Bakıda da, Ankarada da qardaşlıq və strateji münasibətlərlə bağlı güclü siyasi iradə var və bu münasibətləri pozmağa çalışanlara imkan verilməyəcək.

Prezidentlərin mətbuata bəyanatlarında verdikləri mesajları bu kontekstdə oxuya bilərik.

- Əliyev birliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edir;

Prezident bildirdi ki, birliyimizi sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar: “Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”.

Bu, birliyi pozmaq istəyənlərə xəbərdarlıq hesab oluna bilər. Burada “şəxsi maraqlar naminə” detalı xüsusilə diqqət çəkir. Bunu yaşanan son gərginlikdə müəyyən şəxslərin, yaxud qrupların rol oynadığı və liderlərin bunu bildiyi kimi oxuya bilərik.

- Qarabağ müharibəsində Türkiyənin dəstəyinin unudulmaması;

Əliyev Ərdoğana xitabən bəyan etdi ki, tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq: “Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır”.

Bu, Türkiyədə Qarabağ müharibəsi ətrafında manipulyativ yanaşmalar fonunda xüsusilə diqqətçəkəndir. Və mesaj belədir ki, Azərbaycan xalqı Türkiyənin müharibə dövründə siyasi və mənəvi dəstəyini yaxşı bilir və bunu unutmayacaq. Ərdoğana hər şey üçün təşəkkür edən Prezidentin “Türkiyənin siyasi və mənəvi dəstəyi” sözləri, ardınca müharibədə 3000 min şəhid verdiyimizi xatırlatmasının ünvanı bəllidir.

- Azərbaycan-Türkiyə birliyi regional gücdür;

Türkiyənin böyük gücə çevrildiyini deyən Prezident “biz birlikdə güclüyük” və “Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir” sözləri ilə Bakı və Ankaranın regional proseslərdə, zaman-zaman bəyan edilmiş vahid güc olduğu reallığının yenidən elan edilməsidir.

- Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır. Əliyevin bəyanatının əsas mesajı məhz budur.

Ərdoğanın da çıxışının əsas motivi qardaşlıq və strateji münasibətlər idi.

- Ərdoğan da Əliyevin xəbərdarlığı dəstəkləyir.

Türkiyə prezidenti bəyan etdi ki, “2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır”.

Liderlər qardaşlıq münasibətlərini pozmaq cəhdlərinin olduğunu və buna qarşı mübarizədə ortaq mövqedən çıxış etdiklərini təsdiqləyirlər.

- Qarabağ Zəfəri Azərbaycanındır!

Türkiyə Prezidenti bildirdi ki, “altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir”. Ərdoğanın yaxın keçmişin tarixi həqiqətindən bəhs etməsi daha öncə bu məsələ ilə bağlı baş vermiş yanlış anlaşmanın düzəldilməsi və Türkiyədə müəyyən dairələrin Qarabağ Zəfəri ilə bağlı manipulyasiyasına cavab hesab oluna bilər.

Şuşa görüşü və verilən mesajlar göstərdi ki, qardaşlar arasında anlaşılmazlıq olsa da, həll edilməyən məsələ yoxdur və hər şeyə rəğmən, qardaşlıq və strateji münasibətlər yerindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Noyabr 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri