Ərdoğanın təyyarəsi Netanyahuya görə geri qayıtmaq istəyib
Icma.az, Unikal.az saytına istinadən bildirir.
İsrailin baş naziri Binyamin Netanyahunun tədbirə qatıla biləcəyi ilə bağlı xəbərlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarəsini Misir üzərindən döndərmək və Qəzza zolağındakı vəziyyətlə bağlı sülh sammitində iştirakını ləğv etmək istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
“Misir prezident administrasiyasının Netanyahunun Şarm əl-Şeyxdə keçiriləcək sammitə qatılacağını açıqlamasının ardınca prezident Ərdoğan təyyarəsinin Misirə enməsinə mane olub”, - deyə məlumatda bildirilir.
Təyyarə bir müddət Qırmızı dəniz üzərində dövrə vurub və bildirilir ki, Ərdoğan həmkarlarına İsrailin baş naziri qatılacağı təqdirdə sammitdə iştirak etməyəcəyini deyib. Netanyahunun səfəri sonda ləğv edilib və Türkiyə prezidentinin təyyarəsi Misirə enib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 13 Oktyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















