Icma.az
close
up
RU
Ərdoğanın vasitəçiliyi ilə iki ölkə barışıb

Ərdoğanın vasitəçiliyi ilə iki ölkə barışıb

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Somali və Efiopiya arasında yaranan böhran gərgin diplomatik danışıqlardan sonra prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Ankarada həllini tapıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Ərdoğan prezident iqamətgahında Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədlə birgə mətbuat konfransı keçirib.
“Somali və Efiopiyanın ölkəmizə olan etimadı sayəsində təxminən səkkiz ay əvvəl başladığımız Ankara prosesində mühüm mərhələyə çatdıq. Beləliklə, iki ölkə arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıca doğru ilk addımı atdıq”, - deyə Ərdoğan bildirib.
Ərdoğan may ayından bəri tərəflərin razılığı ilə xarici işlər nazirlərinin iki dəfə Ankarada, bir dəfə isə Türk Evində görüşü olduğunu bildirib. O, bu üzbəüz görüşlərdən əlavə dəfələrlə telefon əlaqələrinin də olduğunu qeyd edib.
“Hər iki ölkənin dəyərli töhfələri ilə biz bu gün razılaşdığımız birgə bəyannamə mətnini hazırlamışıq. Bu birgə bəyannamədə keçmişə deyil, gələcəyə diqqət yetirilir və bizim üçün çox vacib olan bu iki dost ölkənin bundan sonra quracağı prinsiplər qeyd olunur”, - Ərdoğan ifadə edib.
“Ümid edirəm ki, razılaşdırılmış birgə bəyanat regionda hörmət əsasında əməkdaşlıq, iqtisadi inkişaf və rifahın təməlini qoyacaq”, - Türkiyə lideri əlavə edib.
Qeyd edək ki, Somali ilə Efiopiya arasında münasibətlər Əddis-Əbəbə və tanınmamış Somaliland Efiopiyanın dəniz limanlarına çıxışı təmin etmək üçün anlaşma memorandumu imzalamağa qərar verdikdən sonra gərginləşib. “Addis Standard” qəzetinin yazdığına görə, Somaliland Efiopiyaya suveren dövlət kimi tanınması müqabilində öz ərazisində dəniz bazası yaratmaq imkanı verib. Bundan sonra Somali hakimiyyəti ölkənin suverenliyini pozan memoranduma etiraz edəcəklərini bəyan edib. Somali Prezidenti Həsən Şeyx Mahmud Moqadişunun Əddis-Əbəbəyə qarşı tədbir görməkdən çəkinməyəcəyini bildirib.
Xatırladaq ki, Somaliland beynəlxalq ictimaiyyət tərəfindən Somalinin bir hissəsi kimi tanınır, lakin Somaliland hakimiyyəti 1991-ci ilin yazında birtərəfli qaydada dövlətin suverenliyini elan edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see384

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see375

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see372

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see313

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see286

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see280

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see273

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see268

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see255

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see249

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see247

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see246

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see242

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see234

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see233

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see220

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see216

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see203

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri