Icma.az
close
up
RU
Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi

Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya müxtəlif bəhanələrlə milli subyektlərə nəzarəti gücləndirməyə qərar verdi- Tatarıstan rəisi hədəfdə

“Tatarıstanın rəisi Rüstəm Minnixanov Moskvanın təzyiqi altındadır. Moskvadakı mənbələr respublika rəhbərindən beynəlxalq fəaliyyətini azaltmağı tələb edən siqnallar göndərir”. Musavat.com xəbər verir ki, bu barədə kompromat.ru nəşri yazır.

“Kreml Tatarıstanın federal gündəliyi nəzərə almadan xarici əlaqələr yaratmasından, beynəlxalq forumlarda iştirak etməsindən və xüsusilə müsəlman ölkələri ilə fəal qarşılıqlı əlaqələr qurmasından narazıdır” deyə, iddiada bildirilir.

Bildirilir ki, Minnixanovun bu yaxınlarda Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla ayrıca görüşü Kremldə əlavə suallar yaradıb. “Səfər müvafiq federal strukturların iştirakı və ya koordinasiyası olmadan həyata keçirilib və bu, Tatarıstanın paralel xarici siyasət kursu formalaşdırdığına dair şübhələri artırıb. Mərkəz bunu birbaşa təhlükə kimi qəbul edib” deyə, xəbərdə bildirilir.

O da iddia olunur ki, Rusiya Federasiyasının subyekti olan Tatarıstanın guya müstəqil siyasəti Moskvada qıcıq doğurur. Bu səbəbdən Kazan rəbərinin səlahiyyətlərinin və xarici siyasət təşəbbüslərinin “yumşaq şəkildə məhdudlaşdırılması” müzakirə edilir.

Bu məhdudlaşdırma Tatarıstanın xaricdəki əsas diplomatik və ticarət-iqtisadi nümayəndəliklərində rotasiya, beynəlxalq platformalarda iştirakın azaldılması, habelə respublikanın yüksək vəzifəli məmurunun səfərləri və görüşlərinə federal nəzarətin gücləndirilməsi daxil ola bilər.

O da iddia olunur ki, Minnixanovun Türkiyə, İƏT ölkələri və ərəb monarxiyaları ilə əlaqə kanallarına xüsusi diqqət yetirilir. Moskva subyektlərin xarici siyasətinə, xüsusən də həssas sahələrə nəzarəti gücləndirmək niyyətindədir.

Beləliklə, görünən odur ki, Moskva əlavə hay-küy yaratmadan milli subyektlərə nəzarəti gücləndirmək niyyətindədir. Bu səbəbdən ən güclü və inkişaf etmiş Tatarıstanın və onun nüfuzlu rəhbəri Minnixanovdan başlamaq qərarı verilib.

Türkiyə prezidenti Ərdoğanla görüşə gəlincə, prezident nazirlərlə görüşündə Tatarıstan rəhbərinin Ankarada olduğunu öyrənib. Prezidentə məlumat verilib ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada işgüzar səfərdədir. Bundan xəbər tutan Rəcəb Tayyib Ərdoğan Rüstəm Minnixanovu görüşə dəvət edib. Türkiyə lideri BRİKS-də iştirak etmək üçün Kazana səfərini hərarətlə xatırlayıb. O əlavə edib: “Mən sizin səylərinizi böyük hörmətlə müşahidə edirəm və Rusiya ilə İslam dünyası ölkələri arasında əlaqələrin inkişafına verdiyiniz töhfəni qeyd etmək istəyirəm”, – deyə Ərdoğan bildirib. /musavat.com/

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 İyul 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri