Icma.az
close
up
RU
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: Mənimlə evlənəcəksən

Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: Mənimlə evlənəcəksən

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Naftalanda "WhatsApp" vasitəsi ilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib. 

Ölkə.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1997-ci ildə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş X.C. adlı şəxs saxlanılıb. 

Naftalan şəhər sakini V.Ə. adlı qadın "WhatsApp" vasitəsi ilə X.C.-ya yazaraq, nə vaxt ailə həyatı quracağı ilə bağlı sual verib. X.C isə özünü Zamiq kimi təqdim edərək, onda qeyri-adi güclərinin olduğunu deyib və onunla evlənəcəyi vədini verib. "Məndə qeyri-adi güclər var, mənimlə evlənəcəksən", deyə falçı qadına bildirib.
V.Ə. bir müddət Zamiqlə yazışaraq, ona inanmağa başlayıb. Təqsirləndirilən şəxs qadının inamından istifadə edərək 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündən iyun ayının 14-dək olan müddət ərzində ondan 18.000 manat pul, bir ədəd qızıl boyunbağı (4194 manat dəyərində) və bir ədəd qızıl kulon (247 manat dəyərində) alıb. X.C. ümumilikdə zərərçəkmiş qadının 22442 manat dəyərində əmlakını və pulunu mənimsəyərək, yoxa çıxıb.

Zərərçəkmiş qadın hüquq-mühafizə orqanlarına müraciət etməli olub. 27 yaşlı falçı saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, 22442 manat dəyərində pulu V.Ə.yə qaytardığını deyib. Onlar arasında barışıq olduğunu bildirib.  Məhkəmə onu cinayət işi üzrə məsuliyyətindən azad edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Noyabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri