Ərəb dünyası Netanyahunun bu təklifinə qarşı çıxdı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ərəb ölkələri İsrailin Baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanında Fələstin dövlətinin yaradılması təklifini şiddətlə qınayıblar.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrail baş nazirinin bəyanatını qəbuledilməz sayıb.
Fələstin XİN isə Netanyahunun təklifini “irqçi və antisülh” və “Səudiyyə Ərəbistanının suverenliyinə və sabitliyinə zidd” adlandırıb.
Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn Əl-Şeyx İsrailin bəyanatlarının Səudiyyənin suverenliyini hədəf aldığını, Netanyahunun şərhlərini “beynəlxalq hüququn və beynəlxalq konvensiyaların pozulması” kimi qiymətləndirib.
Misir də Netanyahunun şərhlərini “məsuliyyətsiz” adlandırıb.
Xatırladaq ki, Ər-Riyadın İsrail-Fələstin münaqişəsində ikidövlətli həlli zəruri saymasına cavab olaraq Benyamin Netanyahu fələstinlilərə Səudiyyə Ərəbistanı ərazisində dövlət yaradıla biləcəyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 09 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















