Icma.az
close
up
RU
Ərəb mediasında 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub AZƏRTAC

Ərəb mediasında 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 16 yanvar, AZƏRTAC

Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Suriya, Livan və İraqın mətbuat orqanlarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Qara Yanvar faciəsinin 35-ci ildönümü" sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən geniş söhbət açılır, Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisələr aparılır. Qeyd olunur ki, müxtəlif illərdə azadlıq uğrunda mübarizə aparan Azərbaycan və Misir xalqlarının övladları eyni taleni yaşayıblar.

Bildirilir ki, misirli alim Şeyx Məhəmməd əl-Ğəzali özünün “Acı həqiqət” kitabında 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb, Azərbaycan xalqının beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını qeyd edib. Misirli jurnalist Məhəmməd Sələmənin tədqiqat əsərində isə ermənilərin sovet qoşunlarının tərkibində Bakıda dinc əhalinin qətlə yetirilməsində iştirak etdikləri qeyd olunub.

Məqalədə Ümummilli lider Heydər Əliyevin yanvar qətliamını Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdiyi qeyd edilib. Yazıda erməni silahlılarının Misir xalqına da qarşı qanlı faciə törətdiyi bildirilir. Diqqətə çatdırılır ki, misirli alim Şeyx Əbdülvəhhab əl-Nəccarın "Qanlı Günlər" əsərində 1919-cu illərdə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciədə ermənilərin rolundan bəhs edib. Misirli alim həmin əsərində dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazaraq bildirir: “Misirin hər guşəsində kəndlər yandırılır, insanlara qarşı soyqırımı törədilir və buna rəğmən heç bir ölkə törədilən bu faciəni qınamır. Amma misirlilərə qarşı düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, dərhal onları qınayırlar”.

Məqalədə Azərbaycana qarşı da ikili standartlardan çıxış edildiyi, ermənilərə dəstək verildiyi vurğulanır. Qeyd olunur ki, otuz il ərzində Qarabağda mədəni abidələrimizi dağıdan və məscidlərimizi təhqir edərək xarabalığa çevirən ermənilərə qarşı heç kim etiraz etmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri