Icma.az
close
up
RU
20 Yanvar faciəsi Bolqarıstan mətbuatında geniş işıqlandırılıb AZƏRTAC

20 Yanvar faciəsi Bolqarıstan mətbuatında geniş işıqlandırılıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 yanvar, AZƏRTAC

XX əsrin ən qanlı cinayətlərindən olan 20 Yanvar qətliamına dair məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalələrdə Qanlı Yanvar gecəsinə aparan tarixi hadisələr, bu qanlı cinayətin təşkili, törədilməsi, onu törədənlərin məkrli məqsədləri və acı nəticələrindən söhbət açılmaqla yanaşı, ona beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinin vacib olduğu qeyd edilib.

Bildirilib ki, Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də Azərbaycan ərazisi olan Qarabağın bir hissəsinin qeyri-qanuni ilhaqına dair qərarına və Ermənistanın orada yaşayan bütün azərbaycanlı əhalini öz ata-baba yurdlarından zorla qovmasına SSRİ Ali rəhbərliyinin biganəliyi yüz minlərlə insanın haqlı tələblərlə Bakının mərkəzi meydanına toplaşmasına, ardından isə həm də Sovet İttifaqından ayrılmağı tələb etməsinə gətirib çıxardı. Sovet Hökuməti rəhbərliyinin Azərbaycan SSR rəhbərliyi ilə razılaşdırmadan və əhalini məlumatlandırmadan şəhərə ordu yeritməsi bir gecədə 147 dinc insanın ölümü, 800-ə yaxın insanın yaralanması, 4 nəfərin itkin düşməsi, habelə dövlət əmlakına və fərdi əmlaka külli-miqdarda ziyan vurulması ilə nəticələnib.

Bu faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və bu vəhşiliyi qəti şəkildə pisləyərək, törədilmiş qanlı cinayətə siyasi qiymət verilməsini və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Habelə Azərbaycan xalqının Ümummilli Liderinin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra 1994-cü ilin əvvəlində Milli Məclis xüsusi sessiya keçirərək, baş verənləri hərbi təcavüz aktı və cinayət kimi rəsmən tanıyıb.

Məqalələrdə Azərbaycan tarixində qəhrəmanlıq səhifəsi kimi də xarakterizə edilən bu hadisələr zamanı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu bildirilib, onun insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyi vurğulanıb, həmçinin qətliam törədənlərin və onu həyata keçirənlərin məsuliyyətə cəlb edilməli olduğu diqqətə çatdırılıb.

Məlumatlarda habelə, Ermənistanın qətl, işgəncə və təqiblərlə müşayiət olunan etnik təmizləmə siyasətinin qurbanı olmuş, evlərindən məhrum edilərək Bakı və onun ətraf ərazilərində məskunlaşmağa məcbur qalmış 350 minə yaxın etnik azərbaycanlının sonrakı illərdə “Qərbi Azərbaycan İcması” yaratdıqları və münaqişənin başa çatmasından sonra öz tarixi evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarına şərait yaratması üçün Ermənistan hökumətinə rəsmi müraciət göndərdikləri, lakin bu günədək hər hansı cavab almadıqları qeyd olunub. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 27-də Azərbaycanın Ağdam şəhərinin işğalından sonra “Yerkrapa” terror təşkilatının üzvlərinə ünvanladığı nitqinin bir müddət əvvəl yayılan videogörüntülərinin bu etnik təmizləmənin Ermənistan hökumətinin düşünülmüş siyasəti olduğunu sübut etdiyi bolqar oxucuların diqqətinə çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri