Icma.az
close
up
RU
Ərəb ölkələri Suriya xalqına dəstək mesajı verib

Ərəb ölkələri Suriya xalqına dəstək mesajı verib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ərəb ölkələri açıqlamalarında Suriyadakı prosesləri yaxından izlədiklərini, Suriya xalqına dəstək mesajı verdiklərini bildirib, bütün tərəfləri dialoqa çağırıblar.

Bizimyol.info "trthaber"ə istinadə xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriyadakı proseslərin yaxından izləndiyi bildirilib.

Bəyanatda “Suriyanın xaosa düşməməsi üçün milli qurumların və dövlət birliyinin qorunub saxlanmasının zəruriliyinə” işarə edilib: “Suriya böhranının beynəlxalq legitimlik qərarlarına və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq, münaqişənin Suriya xalqının maraqlarını qoruyacaq, ölkənin birliyini, suverenliyini və müstəqilliyini qoruyacaq şəkildə sona çatdırmaq və bütün tərəflərə dialoqa başlaması vacibdir”, - deyə çağırışı edilib.

Bəhreyn

Bəhreyn Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriyanın birliyi və ərazi bütövlüyünün əhəmiyyəti vurğulanıb. Bəyanatda bütün tərəfləri Suriya xalqının mənafeyini üstün tutmağa və dövlət qurumlarının, həyati və iqtisadi obyektlərin təhlükəsizliyini qorumağa çağırılıb və Suriyadakı hadisələrin yaxından izləndiyi bildirilib.

Misir

Misir Xarici İşlər Nazirliyi açıqlamasında Suriyadakı hadisələrin yaxından izlənildiyini və ölkənin bütövlüyü və suverenliyinin vacibliyini vurğulayıb və bildirib ki, Suriya partiyaları hərtərəfli siyasi prosesə başlamaqla ölkənin maraqlarını üstün tutmağa çağırılır.

Oman

Oman Xarici İşlər Nazirliyindən verilən açıqlamada: “Qardaş Suriya xalqının iradəsinə hörmət edilməli, Suriyanın suverenliyi, ərazi bütövlüyü və birliyi tam şəkildə qorunmalıdır”, - deyə vurğulanıb.

Bəyanatda bütün tərəflər “milli barışığa doğru irəliləməyə” çağırılıb.

İordaniya

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi də “X” hesabında bunları paylaşıb: “Qardaş Suriyadakı vəziyyətlə bağlı hadisələri maraqla izləyirik. Biz Suriyanın birliyinə, suverenliyinə və qardaş xalqının təhlükəsizliyinə böyük əhəmiyyət veririk”, - deyə qeyd edib.

İordaniyanın qardaş Suriya xalqına öz ölkələrini hər kəs üçün azad və ləyaqətli bir həyat təmin edəcək şəkildə yenidən qurma səylərində hər cür dəstəyi verəcəyini ifadə edən Safedi, xalqının başlatdığı istənilən siyasi prosesi dəstəkləyəcəklərini ifadə edib.

Yəmən

Yəmən Prezident Şurasından verilən açıqlamada Suriya xalqı Bəşər Əsədin devrilməsi münasibətilə təbrik edilib. “Biz Suriya üzərində İranın qəyyumluq rejiminin devrilməsini və Dəməşqin ərəb mərkəzinə qayıtmasını təbrik edirik”, - deyə bəyanatda Yəmənin Suriya torpaqlarının birliyi və müstəqilliyini, xalqının azadlıq və dəyişiklik iradəsini, sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasını dəstəklədiyi vurğulanıb.

İraq

İraq hökuməti bütün suriyalıların azad iradəsinə hörmət edilməli olduğunu və Suriyanın təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunmasının böyük əhəmiyyət daşıdığını bəyan edib.

Suriyada 61 illik Baas rejimi və Bəşər Əsədin devrilməsindən sonra hökumət sözçüsü Bəsim Əvvadi yazılı açıqlama verib.

İraq hökumətinin Suriyadakı hadisələri yaxından izlədiyini bildirən Əvvadi, “sabitlik səylərini irəlilətmək, təhlükəsizliyi, ictimai asayişi və qardaş Suriya xalqının can və malını qorumaq üçün qardaş, dost ölkələrlə beynəlxalq təmasların davam etdiyini” qeyd edib.

“Bütün suriyalıların azad iradəsinə hörmət edilməlidir”, - deyə qeyd eilən bətanatda əlavə olaraq Suriyanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasının təkcə İraq üçün deyil, həm də regionun təhlükəsizliyi ilə əlaqəsi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulanıb.

Əlcəzair

Əlcəzair Xarici İşlər Nazirliyi də Suriyadakı son vəziyyətin və sürətli dəyişikliklərin böyük maraqla izləndiyini bildirib və Əlcəzairin qardaş Suriya xalqının yanında olduğunu vurğulayıb.

Fələstin

Fələstinin Rəyasət Heyətinin bəyanatında Fələstin və xalqının qardaş Suriya xalqının iradəsinə və siyasi seçimlərinə hörmətlə yanaşdığı bildirilib və Fələstinin Suriyanın təhlükəsizliyini və sabitliyini təmin edəcək, uğurlarını qoruyacaq addımların yanında olduğu vurğulanıb.

Suriyadakı hadisələr

Noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib. Qruplar 30 noyabr - 7 dekabr tarixləri arasında Hələb, İdlib, Həma və Homs kimi ən böyük vilayətlərdə üstünlüyə nail olublar.

Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib. Baas Partiyasının 61 illik hakimiyyəti sona çatarkən, rejim lideri Əsəd paytaxtdan qaçıb.

Suriya Milli Ordusu da Türkiyə sərhədi yaxınlığında terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Tel Rıfatı azad etdikdən sonra Mənbicdə məskunlaşan terrorçulara tərəf dönüb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri