Icma.az
close
up
RU
Ərəb ölkəsindən İsrailə yaşıl işıq : Tramp araya qarışdı, qərar gözlənilir

Ərəb ölkəsindən İsrailə yaşıl işıq : Tramp araya qarışdı, qərar gözlənilir

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səkkiz ildən sonra baş tutan Vaşinqton görüşü ABŞ-Səudiyyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

Bu sözləri Globalinfo.az-a Yaxın şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Ekspert bildirib ki, görüşün əsas mövzularını təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, F-35 qırıcı təyyarələrinin satışı, mülki nüvə enerjisi sahəsində tərəfdaşlıq və iki ölkə arasında iri həcmli investisiya layihələri təşkil edib:

“İlk növbədə, Tramp administrasiyasının Səudiyyəyə F-35 qırıcılarının satılmasına razılıq verməsinə paralel 142 milyard dollarlıq silah satışı ilə bağlı razılaşmanın əldə edilməsi Səudiyyənin hava-hərbi gücünü ciddi şəkildə artırır və regionda hərbi balansı dəyişə bilər. Bununla belə, ABŞ-ın İsrailin “keyfiyyətli hərbi üstünlüyü”nü qorumaq öhdəliyi mövcud olduğundan bu satış prosesi həm hüquqi, həm də siyasi baxımdan çətinliklərlə müşayiət edilir. Səudiyyənin F-35 əldə etməsi İran başda olmaqla regiondakı digər güclərin reaksiya verməsinə də səbəb ola bilər.

Görüşün diqqət çəkən digər məqamı ABŞ və Səudiyyə arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi oldu. Bu əməkdaşlıq Səudiyyənin iqtisadiyyatını neftdən kənarlaşmağa yönəltmək planlarının tərkib hissəsidir. Lakin nüvə texnologiyasının verilməsi regionda narahatlıq doğurur. Belə ki, regional güclər bunu potensial nüvə yarışı kimi qəbul edə bilərlər. Eyni zamanda, ABŞ Konqresinin bu razılaşmanı təsdiqləməsi zəruridir və sərt nəzarət mexanizmləri tələb olunur. Prosesə İsrailin də reaksiyası gözləniləndir”.

V.Zifəroğlu qeyd edib ki, iqtisadi tərəfdə Səudiyyənin ABŞ-a investisiya öhdəliklərini artıraraq təxminən 1 trilyon dollara çatdırmaq niyyəti diqqət çəkir:

“Bu, ABŞ-Səudiyyə münasibətlərinin yalnız enerji sektorunda deyil, həm də texnologiya, süni intellekt, infrastruktur və müdafiə sənayesi kimi sahələrdə dərin inteqrasiyaya keçdiyini göstərir. Belə investisiya axını Vaşinqtonun Körfəzdə mövqeyini gücləndirir, Səudiyyənin isə qlobal iqtisadi sistemdə çəkisini artırır.

Görüşün siyasi tərəflərindən biri də Trampın Səudiyyənin “İbrahim sazişləri”nə qoşulması məsələsini gündəmə gətirməsidir. Bu, İsrail ilə diplomatik münasibətlərin normallaşması deməkdir. Lakin Səudiyyə belə bir addım atmaq üçün Fələstin məsələsində müəyyən şərtlər tələb edir. Bu proses isə regionda ciddi geosiyasi dəyişikliklərə gətirib çıxara bilər. Riyadın Təl-Əvivlə münasibətləri normallaşdırma ehtimalı Vaşinqton üçün strateji qələbə sayılsa da, bölgədə ictimai və siyasi reaksiyalara səbəb olacaq”.


Vüqar Zifəroğlu

Ekspertin sözlərinə görə, Vaşinqtonda keçirilən bu görüş Yaxın Şərq diplomatiyasında ən diqqətçəkən məsələlərdən biri olan İsrail–Səudiyyə normallaşması perspektivinə birbaşa təsir göstərir:

“Görüş zamanı əldə olunan razılaşmalar və verilən siyasi mesajlar göstərir ki, Tramp administrasiyası Riyadı “İbrahim sazişləri”nə qoşmaq üçün genişmiqyaslı təhlükəsizlik və iqtisadi paket hazırlayıb. Bu paket, əslində, Səudiyyə ilə İsrail arasında diplomatik münasibətlərin rəsmiləşdirilməsinə nail olmaq üçün nəzərdə tutulmuş geosiyasi alətlər toplusudur. ABŞ-ın Səudiyyəyə təhlükəsizlik zəmanətləri verməsi, mülki nüvə proqramında dəstək göstərməsi və milyardlarla dollar dəyərində investisiya layihələrinin razılaşdırılması, bir sözlə, bunların hamısı İsrail–Səudiyyə münasibətlərinin normallaşması üçün mühüm diplomatik şərtlərdir. Riyad Vaşinqtondan daha güclü təhlükəsizlik təminatı və nüvə enerjisi texnologiyasına çıxış əldə etmədən Təl-Əvivlə rəsmi münasibətlərin qurulmasına razılaşmağa tələsmir. Bu baxımdan Tramp–Salman görüşü Səudiyyənin bu tələblərinə cavab verən bir çərçivə yaradıb və normallaşmanı daha real gündəmə çevirib. Nüvə əməkdaşlığı məsələsi xüsusi əhəmiyyət daşıyır. Səudiyyə uranın zənginləşdirilməsi hüququnu və müstəqil nüvə dövriyyəsini təklif paketinə daxil etmək istəyir. Bu isə İsrailin təhlükəsizlik baxımından “qırmızı xətti”dir. Ona görə də, ABŞ prosesi yalnız “sıfır zənginləşdirmə” çərçivəsində aparmağa çalışır. Beləliklə, Vaşinqton eyni anda həm Səudiyyənin modernləşmə tələblərini qarşılayır, həm də İsrailin regiondakı nüvə balansı ilə bağlı narahatlıqlarını azaltmağa çalışır.

Ümumiyyətlə, görüş göstərdi ki, ABŞ və Səudiyyə Ərəbistanı münasibətləri əvvəlki “neft – təhlükəsizlik” modelindən çıxaraq daha geniş spektrli — texnoloji, iqtisadi və strateji əməkdaşlığa əsaslanan yeni mərhələyə daxil olur. Bu yaxınlaşma regionda güc balansını dəyişir, digər regional aktorların davranışını yenidən formalaşdırır və Yaxın Şərqin gələcək siyasi arxitekturasına birbaşa təsir edir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri