Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Ərəblərə ən ağır cəza verilməlidir, ölkədən qovulmalıdır Tanınmışlardan reaksiya

Ərəblərə ən ağır cəza verilməlidir, ölkədən qovulmalıdır Tanınmışlardan reaksiya

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ərəb turistlərin şəhidlərimizin məzarını təhqir etməsini əks etdirən görüntülər haqlı narazılıq doğurdu və qısa müddətdə sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusuna çevrildi. Turistlərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsi ictimai qəzəbi müəyyən qədər sakitləşdirsə də, tanınmış şəxslərin bu hadisə ilə bağlı sərt reaksiyaları və cəza təklifləri müzakirələri hələ də davam etdirir.

Tribunainfo.az xəbər verir ki, “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri, baş redaktor Rauf Arifoğlu həmin turistlərin ölkədən qovulmasını təklif edib:

“Şəhidlərimizi təhqir edən ərəbləri Şəhidlər Xiyabanında eşşək kimi döyüb, sonra da ölkədən it kimi qovmaq lazımdır!”.

Yazıçı Aqşin Yenisey də məsələyə kəskin reaksiya göstərib:

“Deyirlər, üç ərəbə görə bütöv bir xalqı hədəfə çevirmək doğru deyil. Guya, o biri ərəblər dünyanı nura qərq ediblər”.

Yazıçı Kəramət Böyükçöl isə hadisə ilə bağlı həm turistləri, həm də peyğəmbəri təhqir edənləri qınayıb:

“Bir neçə ərəb turist şəhidin məzarı qarşısında bambılılıq edib. Polis onları saxlayıb və qanun qarşısında cavab verəcəklər. Amma baxıram ki, iki axmaq ərəbə görə peyğəmbəri təhqir edənlər də var. O adamların şəhid məzarını təhqir edən ərəblərdən heç bir fərqi yoxdur”.

Avropada yaşayan jurnalist Elbəyi Həsənli isə İslamın bu məsələyə münasibətini xatırladıb:

“Peyğəmbər (Ona Allahın salamı olsun) bir kişinin qəbrin üstündə oturduğunu görəndə belə dedi: ‘Əgər sizlərdən biriniz dərinizin əriməsinə, canınızın yanmasına səbəb olacaq qıpqırmızı kömürün üstündə otursa, bu, onun üçün qəbir üstündə oturmaqdan daha xeyirlidir’. Səhihi-Müslim hədislərində belə deyilir. İslamda bildirilib ki, dirilər nə qədər hörmətə layiqdirsə, ölülər də bir o qədər hörmətə layiqdir. Mən hələ İslamın şəhidlərə xüsusi münasibətindən danışmıram. Sadəcə demək istəyirəm ki, İslama görə şəhidlər bərzəx aləmində həyatın sonuna qədər diridirlər. Ümumiyyətlə, fərqi yoxdur – insan ya diri olsun, ya ölü, ona qarşı hörmətsizlik həmişə etiraz doğurur. Görünür, Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən ərəb turistlərin islam mədəniyyətindən xəbəri belə yoxdur”.

Hüquq müdafiəçisi Sahib Məmmədov məsələni hüquqi müstəvidə dəyərləndirərək bildirib:

“İki ərəb mənşəli turistin adekvat olmayan hərəkəti sosial şəbəkələrdə kütləvi şəkildə irqçi fikirlərin yayılmasına səbəb oldu. Bu, yolverilməzdir və hüquqi məsuliyyət yaradır. Azərbaycan Konstitusiyası hər cür ayrı-seçkiliyi qadağan edir. Cinayət Məcəlləsinin 283-cü maddəsində belə hallarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Azərbaycan BMT-nin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Konvensiyasına qoşulub. Ümumiyyətlə, fərdlərin hərəkətlərini xalqlara, etnik qruplara və ya geniş əhali kütlələrinə şamil etmək qeyri-tolerantlıqdır. Çoxmədəniyyətlilik xalqımızın əsas nailiyyətlərindən biridir. Təəssüf ki, sosial şəbəkədə ciddi şəxslərin, o cümlədən media nümayəndələrinin və siyasətçilərin ksenofob xarakterli yazılarına rast gəlinir.

Bizim ölkə hələ turizmin inkişaf etdiyi əsas mərkəzlərdən deyil. Xaricdə yaşayan soydaşlarımızın səfərlərini nəzərə almasaq, il ərzində turistlərin sayı bir milyona belə çatmır. Dünyada isə elə şəhərlər var ki, ora ildə 30-40 milyon turist gəlir. Həmin şəhərlərdə əhali narazılıq etsə də, etiraz aksiyaları keçirilsə də, çalışırlar ki, ksenofob şüarlara yol verilməsin”.

Jurnalist Aygün Muradxanlı isə hadisəni başqa nümunə ilə müqayisə edib:

“Bir neçə il əvvəl Rusiyada yaşayan Azərbaycan əsilli iş adamının oğlu nişanlısı ilə Şeyx Zayed məscidində dronla ‘love story’ çəkdiyi üçün həbs olunmuşdu. Ərəblər demişdilər ki, ölkələrini havadan çəkmək qadağandır. Vəkil nə qədər izah etməyə çalışsa da ki, biz də müsəlmanıq, məscid gözəl və mənalı məkandır, bu həm də tanıtımdır, nəticə dəyişməmişdi. Məhkəmə, səs-küy… Nəticədə bəy həbs olunmuş, atasının böyük səy və xeyli maliyyə itkisi bahasına azadlığa çıxmışdı. Toyları da əməlli-başlı əngəllənmişdi.

Ona görə də, bu 3-4 əbləhin sadəcə üzr istəməsi kifayət deyil. Şəhidlər bizim üçün müqəddəsdir. Onlar qapalı rejimdə, təkadamlıq kamerada bir neçə il keçirib etdiklərinin cəzasını çəkməlidirlər. Məhkəmədən ən ağır hökmü gözləyirəm”.

Jurnalist Fikrət Fərəməzoğlu da hesab edir ki, bu ərəblərə görə İmamları söymək cahillikdir:

“Üç dılğır ərəbin hərəkətinə görə, bütöv bir xalqı, üstəlik, 2 milyard insanın inanc yeri olan Peyğəmbəri, milyonlarla insanın ehtiram etdiyi İmamları söymək cahillikdir.
İki dılğır ərəbə görə, 1400 il əvvəli “qurcalamaq”, günahı orda “axtarmaq” bisavadlıqdır.
Başqasının inancını, dəyərini təhqir etmək ədəbsizlikdir, tərbiyyəsizlikdir.
Azərbaycanda da vətənə xəyanət edən, ölkəsini satan, hətta erməni əsirliyində olub özümüzkülərə işgəncə verən, düşmənə məlumat ötürən az olmayıb və az deyil. O zaman həmin adamlara görə, bütün Azərbaycan xalqını, yəni, özümüzü, dəyərlərimizi təhqir edək?
Birmənalı olaraq, Şəhidlər bizim dəyərimizdir. Onlara dil uzadanların dilini kökündən qoparmaq lazımdır. Həmin o yamaqlı ərəbləri də haqq edib saxlayıb, cəzalandırıblar. Belə də olmalıdır. Amma bütöv bir xalqa, dinə bolşevik, faşist düşüncəsi ilə yanaşmaq da heç bir çərçivəyə sığmır”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17490

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1048

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see239

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see178

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see174

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see124

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri