Icma.az
close
up
RU
Əri faciəvi şəkildə öldü, adı Səyavuş Aslanla hallandı... Təranə Vəlizadə kimdir?

Əri faciəvi şəkildə öldü, adı Səyavuş Aslanla hallandı... Təranə Vəlizadə kimdir?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ilk duet ifaçıları Eyvaz Həsənovla Təranə Vəlizadə olub. Onların konsertləri hər zaman böyük anşlaqla keçib. Konsertlərə bilet tapılmayıb, konsert zamanı izdihamdan klubların pəncərələri, qapıları sınırmış. Bu konsertlərdə bəzən insanlar konsert salonlarına, klublara yerləşməyib, bayırdan konserti izləməyə çalışırmışlar. Kolxozlarda konsert verən zaman isə onlar insanların sevgisini nəzərə alıb, tarlanın ortasında lafetin üstündə konsert verirmişlər.

Hurriyyet.Az Oxu24.com-a istinadla xəbər  verir   ki, deyilənlərə görə, Təranə Vəlizadə özündən on beş yaş böyük olan Xalq artisti Səyavuş Aslanla uzun müddətli sevgi münasibəti yaşayıb. Hətta, bu hadisə Xalq artistinin ailəsinin dağılmasına, Ofeliya Aslanın ərindən ayrılmasına səbəb olub. Televiziya verilişlərinin birində müğənni deyilənlərin yalan olduğunu bildirib:

“Axı öz ailəsini güclə saxlayan qoca kişi müğənninin nəyinə lazım idi? O, xüsusi insanlar tərəfindən uydurulmuş şayiə idi ki, həm onun, həm də mənim ailəmi dağıtsın. Sadəcə, məni bu məsələdə qurbanlıq quzu etdilər. O zaman mən Səyavuş Aslanı tanımırdım, heç yerdə görüşüb belə salam verməmişdim. Onunla ünsiyyəti olanı Allaha tapşırıram. Bu xəbərlər əsassız idi”. 

Məşhur “Qal, sənə qurban” mahnısı məxsusi olaraq Təranə Vəlizadə üçün yazılıb. Təranə ilə Eyvaz təzə ailə qurandan üç ay sonra dalaşırlar. Təranə atası evinə küsülü gedir. Atasına isə yalandan “Eyvaz qastrola gedib” deyir. Üç gündən sonra onun atası məsələdən xəbərdar olub, qızını maşınla öz evinə gətirir. Təranə evə gələndə görür ki, üzünü saç-saqqal basmış Eyvazın səsi də batıb. Təranə Vəlizadə stolun üstündə bir kağız görür. Kağızda məşhur “Qal sənə qurban” mahnısının sözləri yazılıbmış. Müğənni mahnının ona həsr edildiyini düşünür. Bir neçə gündən sonra bəstəkar Bəhram Nəsibov bu şeirə mahnı bəstələyir.

Günlərin birində, səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblın nağaraçalanı Ənvərlə birlikdə Eyvazın maşınına minib Gürcüstana yola düşürlər. Maşını əvvəlcə Eyvaz özü sürür. Sonra Ənvər sürməyə başlayır. Ənvər çox yorğun olduğundan qəza törədir, qarşıdan gələn yük maşını ilə toqquşurlar. Qəza vaxtı Eyvaz dünyasını dəyişir. Bu hadisədən sonra Təranə Vəlizadə dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər. O, uzun müddət xəstə yatır. Kardeologiya şöbəsində müalicə olunur. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyir. Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik tapa bilmir. Bir ildən sonra Təranə Vəlizadə qara paltarla ekrana çıxır.

Davamı TV11-in "Bu adam" layihəsində...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 İyul 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri