Icma.az
close
up
RU
“Ərim sağdır, mənə zəng etmişdi” İki il öncə öldürülən Anarın xanımı

“Ərim sağdır, mənə zəng etmişdi” İki il öncə öldürülən Anarın xanımı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə 1979-cu il təvəllüdlü Anar Hüseynovun qətlində təqsirləndirilən 1993-cü il təvəllüdlü Ramil Musayevin məhkəməsi başa çatıb.
Demokrat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ramil Musayev Cinayət Məcəlləsinin 120.2.4, və 29,120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və daha çox adamı öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, hər iki şəxs evlərdə usta kimi çalışıb və hadisədən bir neçə gün əvvəl aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Belə ki, Ramil sərxoş halda Anarın evinə gedərək onu ailə üzvlərinin gözü qarşısında boğazından bıçaqlayaraq amansızlıqla öldürüb. Daha sonra onun oğluna da xəsarət yetirib. Bu zaman Anarın arvadı yerdən daş götürərək Ramilin başına vurub.
R.Musayev ifadəsində Anarla qonşu olduqlarını, ailələr arasında xeyli müddətdir, narazılıq olduğunu, həmçinin pula görə mübahisə yarandığını deyib. O, özünü Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə deyil, daha yüngül cəzanı nəzərdə tutan 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-Ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.
Anar Hüseynovun xanımı Sevinc Hüseynova isə ifadəsində ərinin öldürülmədiyini, onun sağ olduğunu, dəfn etdikləri meyitin başqa şəxsə aid olduğunu iddia edib. Həyat yoldaşının bıçaqlandığını gördüyünü deyən zərərçəkmiş şəxs onun xəstəxanaya aparılandan sonra ölməsinin yalan olduğunu düşünür: “Həmin gün Anarla digər evimizdə işləyib ata evimizə gəlmişdik. Bir qədər sonra Anar küçəyə çıxdı. Oğlumla onun arxasınca çıxanda kənarda Ramillə söhbət etdiklərini gördük. Həmin vaxt Anar Ramilə “get, sabah danışarıq” dedi. Mən yaxınlaşanda Ramil bıçaqla Anarın boğazından vurdu. Anar boğazını tutub arxaya doğru çəkildi, böyük oğlum Ramilin üzərinə gedib nə üçün belə etdiyini dedi. Bu zaman o, oğluma sarı 3 dəfə bıçaq atdı, həmin zərbələrdən biri oğlumun qolaltı nahiyəsinə dəydi. Anar xəsarət alıb geriyə doğru hərəkət etdikdən sonra Ramil ərimin üzərinə yox, mənə hücum edərək öldürəcəyini dedi. Bu vaxt ona daş atdım.
Anarın bədənində döymələr vardı. Hadisədən sonra mənə məlum oldu ki, ərim Anar Hüseynov sağdır, bu hadisəni Ramil bəzi şəxslərlə birgə qurublar, hamısı oyundur. Anarın dəfn mərasimində iştirak etdik, lakin torpağa tapşırılan şəxs o deyildi. Mənə ekspertizada iştirak etməyə imkan vermədilər.
Ekspertizadan sonra ərimin qısa müddət ərzində dəfn edilməsini söylədilər. Mən dəfndən qabaq evdə olarkən onun üzünü açıb baxmaq istəsəm də, buna müxtəlif bəhanələrlə mane oldular. Anar sonradan mənə zəng elədi, dedi ki, meyityuma yerində onu başqa şəxslə dəyişiblər. Yoldaşım Abbas Səhhət adına xəstəxanada vəfat edib, ekspertiza üçün isə meyitini 3 nömrəli xəstəxanaya aparıblar.
Məhkəmədə iş gedən müddət ərzində Anarla bir dəfə telefon vasitəsilə gizlicə danışmışam, çünki ərim gizli nömrədən zəng etmişdi. Oğlum uşaq olduğuna və onun sözünə heç kəsin inanmayacağına görə Anarın kiçik oğlumla danışmasına imkan vermədim”.
Təqsirləndirilən şəxs isə A.Hüseynovun sağ olmasının həqiqətə uyğun olmadığını, onu həqiqətən öldürdüyünü deyib.
Anar Hüseynovun qayınanası da kürəkəninin sağ olmasına dair faktın olmadığını bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi Ramil Musayevi Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci maddələri ilə təqsirli bilib. Ona 17 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, hadisədən sonra mediada cinayətin başqa zəmində törədilməsi barədə də iddialar yayılmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri