Icma.az
close
up
RU
Ərindən ayrıldı, yenidən milyonçu oldu FOTOLAR

Ərindən ayrıldı, yenidən milyonçu oldu FOTOLAR

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1990-cı və 2000-ci illərdə çəkildiyi filmlərlə böyük şöhrət qazanan amerikalı aktrisa Şennon Elizabet illər sonra Hollivuddan uzaqlaşaraq tamamilə fərqli bir həyat seçib və karyerasını geridə qoymuşdu.
Demokrat.az
xəbər verir ki, 2000-ci illərin əvvəllərində “Scary Movie” və “American Pie” film seriyalarındakı rolları ilə tanınan və dövrünün simvollarından biri kimi göstərilən Şennon Elizabet uzun müddət ictimai həyatdan uzaq, sakit həyat sürüb. O, ilk evliliyini karyerasının yüksəldiyi dövrdə aktyor Cozef D. Raitmanla edib, lakin cütlük 2005-ci ildə ayrılıb. Bundan sonra aktrisa sənətdən uzaqlaşaraq həyatını daha çox heyvanların qorunmasına həsr edib.
ABŞ-da yaratdığı heyvanları mühafizə fondu ilə uzun illər fəaliyyət göstərən Elizabet daha sonra Cənubi Afrikaya köçüb. Burada vəhşi təbiətin qorunması və xüsusilə ovçuluğun hədəfi olan heyvanların müdafiəsi istiqamətində işlər aparıb. 2016-cı ildə Cənubi Afrikada məskunlaşan aktrisa burada heyvan haqları uğrunda çalışan aktivist Saymon Borxertlə tanış olub və 2021-ci ildə onunla ailə qurub. Lakin cütlük 2025-ci ildə yollarını ayırıb, boşanma prosesi isə bu yaxınlarda rəsmiləşib.
Ayrılıqdan sonra Şennon Elizabet yeni sosial media platformasına qoşularaq ödənişli məzmun paylaşmağa başlayıb. Qısa müddətdə bu platformadan 1 milyon dollardan çox gəlir əldə etməsi diqqət çəkib.
Məşhur aktrisa boşanmanın rəsmi şəkildə başa çatdığını təsdiqləyərək bunun həyatında yeni mərhələ olduğunu bildirib. O, gələcək planları barədə danışaraq Hollivudda yeni layihələrlə bağlı danışıqlara qayıtdığını da açıqlayıb.
Elizabet hazırda Cənubi Afrikada qalmaq niyyətində olduğunu, burada həm şəxsi həyatı, həm də xeyriyyə fəaliyyəti ilə bağlı işlərini davam etdirmək istədiyini deyib. O, əvvəlki münasibətini xatırlayaraq keçmiş həyat yoldaşı ilə ortaq məqsədlərə sahib olduqlarını və bu dövrü dəyərli təcrübə kimi gördüyünü bildirib.
Aktrisa “bəzən ən çətin dəyişikliklər insanı getməli olduğu yerə aparır” sözləri ilə həyatında yeni bir səhifə açdığını vurğulayıb.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri