Icma.az
close
up
RU
El Niño pandemiya kimi dəhşətli ola bilər: 2027 ci ildə 500 min ölüm TƏHLÜKƏSİ

El Niño pandemiya kimi dəhşətli ola bilər: 2027 ci ildə 500 min ölüm TƏHLÜKƏSİ

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxınlaşan El-Nino təbii fenomeni mümkün şiddətli quraqlıq, daşqınlar və həddindən artıq istilər təhlükəsi yaradır.

İqlimoloqlar hazırkı “El-Nino”nun yaratdığı əlavə istiliyin gələn il dünyada 500 mindən çox insanın ölümünə səbəb ola biləcəyini təxmin edirlər. Eyni zamanda, bu fenomen cəmi 20 il ərzində normal hala gələ biləcək temperaturlara dair bir təsəvvürü yaradr.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ən böyük təsir yaxın gələcəkdə Nigeriya, İndoneziya, Sudan, Hindistan və Braziliya üçün proqnozlaşdırılır. Sahel və Cənub-Şərqi Asiya ölkələri də ciddi şəkildə təsirlənə bilər. 

Tədqiqatçılar qeyd edirlər ki, bu, yalnız yüksək temperaturun birbaşa təsirləri ilə bağlı məsələ deyil. El-Nino həmçinin quraqlığa, meşə yanğınlarına və daşqınlara səbəb ola bilər ki, bu da əlavə ölümlərlə nəticələnə bilər.

El-Nino həmçinin ərzaq təhlükəsizliyinə də təsir göstərə bilər. Avqust ayında Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, onun təsirləri təxminən 50 milyon insanı kəskin aclığa sürükləyə və qiymət artımlarına səbəb ola bilər.

Hazırkı El-Nino iyun ayında formalaşıb və o vaxtdan bəri sürətlə güclənməkdədir. Hazırkı hesablamalar göstərir ki, bu təbii anomaliya bəzən "super El-Nino" adlandırılan olduqca güclü bir hadisəyə çevrilə bilər.

Hadisənin özünün ən azı Şimal yarımkürəsində yaza qədər davam edəcəyi gözlənilir, lakin qlobal temperatura təsiri daha uzun müddət davam edə bilər.

"Yekun rəqəmlərin hazırda bildirdiyimizdən xeyli yüksək olacağını gözləyirik", - Climate Impact Labın tədqiqat direktoru Tamma Karlton vurğulayıb.

Ekspertlərin fikrincə, həddindən artıq istilər ürəyə və böyrəklərə əlavə yük yaradır, normal bədən istiliyinin qorunmasını çətinləşdirir və ürək-damar, tənəffüs və digər xəstəlikləri ağırlaşdıra bilər. Buna görə də, rəsmi sənədlərdə tez-tez ölüm səbəbi kimi şəxsin vəziyyətini pisləşdirən istidən daha çox, əsas xəstəlik göstərilir.

El-Nino nədir?

El-Nino, iki ildən yeddi ilə qədər tez-tez baş verən genişmiqyaslı təbii iqlim fenomenidir. Bu, mərkəzi və şərq ekvatorial Sakit okeandakı okean temperaturunun dalğalanmaları və bu bölgələrdə atmosferdəki dəyişikliklərlə birlikdə özünü göstərir.

Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyinin El-Ninonu gücləndirdiyinə dair heç bir inandırıcı dəlil yoxdur. Lakin, NOAA-nın baş elmi işçisi Maykl Makfaden izah edir ki, bu, onun təsirlərini daha da pisləşdirə bilər, məsələn, şiddətli quraqlığı ekstremal quraqlığa çevirə bilər.

İsti atmosfer daha çox nəm saxlayır və bu da həddindən artıq yağıntı və daşqın riskini artırır. Artan temperatur torpaqları daha tez qurudaraq quraqlığı daha da pisləşdirə bilər. Orta qlobal temperatur artıq rekord həddə çatdığı üçün El-Nino yeni temperatur rekordlarına səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Noyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri