Icma.az
close
up
RU
Ərinə cavab qaytardığı üçün döyüldü Atamı söymüşdü...

Ərinə cavab qaytardığı üçün döyüldü Atamı söymüşdü...

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba rayonunda 31 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 19-da rayonun kəndlərindən birində baş verib. 1995-ci il təvəllüdlü Aqil həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranənin (adlar şərtidir – red.) baş nahiyyəsindən əl və yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sentyabrın 19-da, saat 18 radələrində yaşadıqları evdə olarkən arvadı Nuranə ilə aralarında mübahisə yaranıb: “Həmin vaxt Nuranə mənə cavab qaytardığı üçün əsəbləşdim. Onun saçlarından tutaraq dartışdırdım və yumruqla baş, bədən nahiyyələrinə vurdum”.
İfadəsinin sonunda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını qeyd edib. Bu səbəbdən o, məsuliyyətindən azad olunmasını istəyib. 
Zərərçəkmiş Nuranənin sözlərinə görə, hadisə günü əri Aqil evə gələrək atası barədə xoşagəlməz sözlər işlədib: “Bu mənə pis təsir etdiyi üçün atamı müdafiə etdim, ona cavab qaytardım. Bu zaman Aqil saçlarımdan tutaraq baş nahiyyəmdən yumruq zərbələri endirdi. Mən onun əlindən qaçaraq otağa girdim”.
Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edib, əri ilə barışdığını, onun barəsində şikayət və tələbinin olmadığını bildirib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. O, iş üzrə icraata xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri