Ərini qızının nişanlısı tərəfindən öldürtdürdü
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İşə getmək üçün evdən çıxan Süleyman Budak (41 yaş) adlı şəxs silahlı hücumda həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadə xəbər verir ki, hadisə fevralın 26-da Türkiyənin İzmir şəhərində baş verib.
Təmizlik işçisi olan 3 uşaq atası Süleyman Budak səhər saatlarında işə getmək istəyərkən naməlum şəxs tərəfindən tapança ilə atəş açılaraq öldürülüb. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.
Sonradan Budakın qızının nişanlısı A.G. tərəfindən güllələndiyi, təhrik edənin isə Budakın həyat yoldaşı A.B.-nin olduğu məlum olub.
Həmin anlar kameraya düşüb və mərhumun həyat yoldaşı və kürəkəni daxil olmaqla 8 şübhəlidən 4-ü həbs edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 Mart 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















