Icma.az
close
up
RU
Ərinin sərvətini zibilliyə atdı: “Mənim günahım deyildi…” 717 milyon dollarlıq “Bitcoin” etirafı

Ərinin sərvətini zibilliyə atdı: “Mənim günahım deyildi…” 717 milyon dollarlıq “Bitcoin” etirafı

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uelsin Nyupor şəhərində yaşayan 39 yaşlı Ceyms Havelz keçmiş həyat yoldaşı Halfina Eddi-Evansın hərəkətləri səbəbindən böyük bir sərvətdən məhrum olub.

Qaynarinfo xəbər verir ki, Halfina Eddi-Evans bugünkü dəyəri 717 milyon dollar olan “Bitcoin”lərin daxil olduğu hard diski zibilə atdığını etiraf edib.

Məlumatı “Mail Online” yayıb. Xəbərə görə, Halfina Eddi-Evans hard diski təxminən 8-9 il əvvəl Ceymsin istəyinə əsasən zibilə atıldığını bildirib. Həmin hard diskdə isə 8 min “Bitcoin” saxlanılırdı.

Ceyms Havelz “Bitcoin”ləri 2009-cu ildə əldə etdiyini və daha sonra hard diski unutduğunu iddia edib. Halfina isə hadisə ilə bağlı belə deyib: “Bəli, onu zibilə atmışam. Atmağımı o istəmişdi. Ümid edirəm ki, hard diski tapar. Onun pulunun bir qəpiyində belə gözüm yoxdur, sadəcə onun susmasını istəyirəm”.

Ceyms Havelz hard diskin atıldığı zibilliyi qazdıraraq, sərvətini geri qaytarmağa çalışmaq üçün hüquqi mübarizəyə başlayıb.

“Hard disk digər lazımsız əşyalarla birlikdə qara qutunun içində idi. Ceyms “Bu zibil torbasını atmaq lazımdır” dedi. Qutunun içində nə olduğunu bilmirdim və istəmədən atdım. Əl-ayaq işlərini mənim deyil, onun etməsi lazım idi, amma yardım etmək istədim. Mənim günahım deyildi”, deyə Halfina Eddi-Evans bildirib.

Ceymsin sərvətini tapmaq üçün məhkəməyə müraciət etməsinin ardından Halfina sükutunu pozaraq belə deyib: “Başqa heç nə istəmirəm, təki onu tapsın, çünki artıq bezmişəm”.

Ceyms Havelz sərvətinə qovuşacağı təqdirdə bunun yarısını Nyupor şəhərinə ianə etməyi söz verib. O, hazırda hard diskin olduğu ehtimal edilən ərazini qazmaq üçün ciddi səylər göstərir.

2009-cu ildə kriptovalyuta çılğınlığının başlaması ilə 10 həftə ərzində 8 min “Bitcoin” əldə edən Ceyms o vaxt bu sərvətin dəyərini anlamadığını bildirib. Keçmiş həyat yoldaşı Halfinanın şikayətlərindən sonra isə kriptovalyuta mədənçiliyindən imtina etməyə məcbur olub.

Qısa müddət sonra Ceyms kompüterinin üzərinə təsadüfən limonad töküb. Bütün təmizləmə səylərinə baxmayaraq, kompüter əvvəlki kimi işləməyib. Kompüterin ehtiyat hissələrini satan Ceyms hard diski saxlayıb və içindəki musiqi və şəkilləri “Apple” markalı kompüterə köçürüb. Lakin “Bitcoin”lərinin şifrəsini ehtiva edən kiçik fayl “Apple” əməliyyat sistemi ilə uyğun olmadığı üçün köçürə bilməyib.

Sərt diski zibil qutusuna atan Ceyms işinə, həyat yoldaşına və iki azyaşlı oğluna fokuslanaraq sərt diski fikrindən daşındırdı.

Nyupor Şəhər Şurası Ceymsin diski axtarma tələbini dəfələrlə rədd edib. Şuranın əsas arqumenti bunun ətraf mühitə mənfi təsir göstərə biləcəyi ilə bağlıdır.

İlk məhkəmə prosesi 3 dekabrda baş tutacaq. Nyupor Şəhər Şurasının sözçüsü isə bu məsələ ilə bağlı sərt açıqlama verib: “Zibil sahəsində əməliyyat aparmaq səlahiyyəti yalnız bələdiyyəyə aiddir. Havelzin iddiası heç bir əsaslı sübuta malik deyil və bələdiyyə bu iddialara qəti şəkildə qarşı çıxır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri