Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən “Erkən kəsimə son!” kampaniyası çərçivəsində bölgələrdə maarifləndirmə tədbirlərinə başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, kampaniya çərçivəsində Ağsu, Şamaxı və İsmayıllı rayonlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində AQTA tərəfindən hazırlanan məlumatlandırıcı buklet və flayerlər paylanılıb.
Hazırlanan materiallarda quzuların erkən yaşda kəsilməsinin həm iqtisadi, həm də bioloji baxımdan yaratdığı risklər, eləcə də bu praktikanın uzunmüddətli mənfi təsirləri ətraflı izah olunub.
Maarifləndirici materiallarda qeyd edilib ki, quzuların erkən kəsilməsi nəticəsində əldə olunan ət tam formalaşmadığından qida dəyəri aşağı olur.
Bununla yanaşı, erkən kəsim heyvanların genetik potensialının zəifləməsinə, məhsuldarlığın azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir.
Bildirilib ki, kampaniyanın əsas məqsədi fermerlər, heyvandarlıqla məşğul olan şəxslər və ictimaiyyət arasında maarifləndirməni gücləndirmək, erkən kəsim hallarının qarşısının alınmasına ictimai dəstəyi artırmaqdır.
Qeyd edək ki, bu günədək kampaniyaya millət vəkilləri, ictimai fəallar və tanınmış blogerlər də qoşularaq təşəbbüsə dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətin diqqətinə çatdırıblar.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 May 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















