Erkən menopauza yüksək təzyiq riskini artırır
Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.
40 yaşdan əvvəl menopauza keçirən qadınlarda yüksək qan təzyiqi inkişaf riski daha yüksək olur.
Medicina.az xəbər verir ki, alimlər 107 mindən çox qadının məlumatlarını araşdıraraq erkən menopauza yaşayan qadınlarda hipertoniya riski 45 yaşdan sonra menopauzaya girən qadınlarla müqayisədə əhəmiyyətli dərəcədə çox olduğunu müəyyən ediblər.
Tədqiqat zamanı menopauzanı 40 yaşdan əvvəl keçirən qadınların 22,6 faizində yüksək təzyiq aşkarlanıb. Normal yaşda menopauzaya daxil olan qadınlarda isə bu göstərici 16,6 faiz olub.
Mütəxəssislər bildirirlər ki, erkən menopauza ürək-damar xəstəlikləri üçün əlavə risk faktoru kimi qiymətləndirilməli və bu qrup qadınlarda qan təzyiqi mütəmadi yoxlanılmalıdır.
Araşdırma müəllifləri qeyd edirlər ki, vaxtında tibbi nəzarət və fərdi yanaşma uzunmüddətli sağlamlıq risklərini azaltmağa kömək edə bilər.
Xanım,
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 29 İyul 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















