Erkən xəbərdarlıq sistemlərinin roluna həsr olunan yüksəksəviyyəli tədbir keçirilir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və təhlükəli erkən xəbərdarliq sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə erkən xəbərdarlıq sistemləri üzrə tərəfdaş beynəlxalq təşkilatların - Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Qlobal İqlim Fondu, BMT-nin Ətraf Mühit Proqramı, Asiya İnkişaf Bankının, müxtəlif aparıcı təşkilatların, eləcə də elmi institutların nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, oktyabrın 28-də Azərbaycanda “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və çoxtəhlükəli erkən xəbərdarliq sistemlərinin gücləndirilməsi” layihəsi Qlobal İqlim Fondu tərəfindən təsdiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Noyabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















