Icma.az
close
up
RU
Erkən yaşda abort: “Ailələr belə halları gizlətməyə çalışır”

Erkən yaşda abort: “Ailələr belə halları gizlətməyə çalışır”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Çox vaxt ailələr belə halları gizlətməyə çalışır və nəticədə hamiləliyin həkim nəzarəti olmadan, qeyri-peşəkar şəxslərin sona çatdırılması cəhdləri baş verir". 

Bunu “Yeni Sabah”a ginekoloq Zivər Eldarova deyib.

O, Azərbaycanda ötən il qeydə alınan abortlarda yeniyetmə yaşda olan qızlara dair statistiknı şərh edib. Marqarita pizza

Xatırladaq ki, rəsmi statistikaya görə, 2024-cü ildə 15-17 yaş aralığında - 72, 18-19 yaş aralığında isə 2 679 gənc qadın hamiləliyin dayandırılması üçün müraciət edib.

“Yeniyetmə yaşda baş verən hamiləlik sağlamlıq, tibbi və sosial baxımdan son dərəcə ciddi bir məsələdir. Bu yaş dövründə orqanizmin inkişafı tam başa çatmadığı üçün erkən hamiləlik qızlarda preeklampsiya, anemiya, erkən doğum kimi riskləri artır. Hamiləlik prosesi tibbi cəhətdən daha ağır keçir və müxtəlif fəsadlara səbəb ola bilir", - deyə Zivər Eldarova vurğulayıb.

O əlavə edib: "Çox vaxt ailələr belə halları gizlətməyə çalışır və nəticədə hamiləliyin həkim nəzarəti olmadan, qeyri-peşəkarin sona çatdırması cəhdləri baş verir. Bu cür müdaxilələr daxili infeksiyaların, yapışıqlıqların və bitişmələrin yaranmasına səbəb olur. Nəticədə “Aşerman sindromu” kimi ağır vəziyyətlər formalaşaraq gələcəkdə sonsuzluqla nəticələnə bilir”.

Ginekoloq bildirib ki, məsələ yalnız tibbi tərəflə məhdudlaşmır, psixoloji təsirlər də az deyil:

“Yeniyetmə hamiləliyi yaşayan qızlarda depressiya, özgüvən itkisi, sosial təcrid halları müşahidə olunur. Bir çox hallarda belə hamiləliyin səbəbi cinsi istismar olur ki, bu da həmin gənclərdə gələcəkdə ailə qurmağa, intim münasibətə və qarşı cinslə ünsiyyətə qarşı dərin travmalar yaradır.

Belə halların qarşısını almaq üçün ən əsas rol ailə və övlad arasındakı münasibətə aiddir. Valideyn övladına yalnız nəzarətçi kimi deyil, həm də dost, sirdaş kimi yanaşmalıdır. Uşaqlar mühakimə olunmayacağını bildikdə daha açıq danışır, yaşadıqları və ya şahidi olduqları xoşagəlməz halları bildirməkdən çəkinmirlər. Bu, valideynlərin riskli vəziyyətlərdən vaxtında xəbərdar olmasına imkan yaradır.

Maarifləndirmə də vacib faktorlardandır. Təəssüf ki, orta məktəblərdə biologiya və anatomiya dərslərində “cinsi sağlamlıq” mövzusu çox vaxt ötürülür. Halbuki uşaqlara bədənlərini tanımaq, şəxsi sərhədlərini bilmək, kimlərin onlara toxuna və necə davranma haqqına sahib olduğunu anlamaq üçün erkən yaşdan düzgün məlumat verilməlidir. Cinsi təhsil yalnız bioloji prosesləri izah etməklə bitmir, həm də təhlükəli situasiyaları tanımaq və özünü qoruma bacarığı qazandırmaqdır”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri