Icma.az
close
up
RU
Ərkivan Xeyriyyə Cəmiyyəti din xadimləri ilə görüş keçirdi VİDEO/FOTOLAR

Ərkivan Xeyriyyə Cəmiyyəti din xadimləri ilə görüş keçirdi VİDEO/FOTOLAR

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Masallının “Qala” İstirahət Mərkəzində Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə xüsusi bir görüş keçirildi. Bu dəfə Cəmiyyət qəsəbənin tanınmış din xadimlərini bir araya topladı.

Tədbir öncəsi islam din yolunda və vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi sükutla yad edildi.

Cəmiyyətin sədri Cəfər Cəfərov tədbiriaçıq elan edərək Ərkivan Xeyriyyə Cəmiyyətinin gördüyü işlərdən danışdı. O, bildirdi ki, aksiyalarımızın təkcə yardımla kifayətlənməsini istəmirik. İstəyirik ki, aksiyalar insanları birliyə, mərhəmətə, bir-birinə sahib çıxmağa sövq etsin. Bu işlərdə din xadimlərinin dəstəyini görmək isə bizim üçün xüsusi önəm daşıyır.

Cəmiyyətin fəxri prezidenti, xeyriyyəçi iş adamı Məşkur Qasımovun çıxışı olduqca geniş və düşündürücü oldu. Qasımov dövlətin son illərdə həyata keçirdiyi abadlıq-quruculuq işlərini xatırlatdı və bununla yanaşı, vətəndaş cəmiyyətinin rolunu ön plana çəkdi.
“Dövlətin gördüyü işlər göz qabağındadır. Amma biz də sadə vətəndaş olaraq, sahibkar olaraq, kəndimizin, rayonumuzun övladı olaraq bu prosesdə iştirak etməliyik. Xeyirxah əməllər hər birimizin borcudur. Kiminsə həyatına bir damla işıq gətirmək, bir ailəyə dəstək olmaq — əslində ən böyük xidmət budur.” – deyə iş adamı nitqini tamamladı.

Mirkərim Əliyev, Mirtaha Həşimov, Aydın Nuraliyev, Həmid Məmmədov, Gündüz Abbasov, Ziya Hüseynli və digər din xadimləri xeyriyyəçiliyin İslamın ayrılmaz hissəsi olduğunu vurğuladılar. Onlar xatırlatdılar ki, peyğəmbərimiz və imamlarımızın həyat yolu da əl tutmaq, yardımlaşmaq və insanları yaxşılığa çağırmaq üzərində qurulub.
Çıxış edənlər Ərkivan Xeyriyyə Cəmiyyətinin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirərək, fəaliyyətin davamlı olmasının vacibliyini qeyd etdilər.

Tədbir rəsmi nitqlərlə yekunlaşmadı, əksinə, diskussiya formatında davam etdi. Din xadimləri və Cəmiyyətin rəhbərliyi birlikdə problemləri müzakirə etdilər, qarşıda görüləcək işlər üçün təkliflər səsləndirildi.

Görüşün sonunda xeyriyyəçi Məşkur Qasımovun təşkil etdiyi ehsan süfrəsi əsl dostluq və qardaşlıq abu-havası yaratdı. Tədbir iştirakçıları süfrə arxasında səmimi söhbətlər edib, xeyir-dualar dilə gətirdilər.

Bu görüş sadəcə bir tədbir deyildi. O, həm də bir mesaj idi: birlikdə olmaq, xeyirxah işlərdə həmrəy olmaq və dəyərlərimizi yaşatmaq mesajı. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirərək bu məqamı yaddaşlara həkk etdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Avqust 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri