Icma.az
close
up
RU
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: Necə məsləhətdir...

Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: Necə məsləhətdir...

Icma.az, Modern.az saytına istinadən bildirir.

8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Paraflanmış mətn ötən gün Xarici İşlər Nazirliyi tərəfindən ictimailəşdirilib. Sənəddə göstərilən maddələrdən biri də yekun sülh sazişinin qəbul edilməsindən sonra ölkələrin qarşılıqlı diplomatik münasibət qurması ilə bağlıdır.
Sazişin V maddəsində göstərilir:

“Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra __ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”.
Sazişin bu maddəsinə əsasən demək olar ki, yaxın gələcəkdə Azərbaycanın Ermənistnda səfirliyi açıla bilər.
Uzun müddət qanlı müharibə və düşmənçilikdən sonra əldə edilən barışın ardından İrəvana göndəriləcək səfir heç şübhəsiz ki, digər ölkələrə təyin olunan diplomatlardan fərqlənməli olacaq.

Bəs İrəvana səfir gedəcək şəxsin hansı keyfiyyətlərə malik olması vacibdir?

Modern.az mövzu ilə əlaqədar sabiq diplomatlarla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistana təyin olunacaq səfirin erməni dilini bilməsi və bu xalqın xüsusiyyətlərinə bələd olması daha yaxşı olar:

“Ermənistana səfir təyin ediləcək şəxs yaxşı olardı ki, təcrübəli bir diplomat olsun. Bu vacib deyil ki, şəxs mütləq diplomat olsun, kənardan da kimisə təyin etmək olar. Yaxşı olardı ki, səfir erməni dilini bilsin. Dil bilmək çox önəmlidir. Ümumiyyətlə, erməni xalqının xüsusiyyətlərini başa düşüb, anlamalıdır. Ancaq Azərbaycanla Ermənistan arasında əsas sülh sazişi imzalanandan sonra bir də diplomatik əlaqələri qurmaq haqda sənəd imzalanmalıdır. Diplomatik əlaqələri qurmaq üçün xüsusi sənəd var. Belədə səfiri təyin edə bilməzsən. Gərək həmin sənəd imzalansın. Ondan sonra müzakirə edilə bilər ki, kim səfir olmalıdır, neçə nəfər səfirliyin əməkdaşı olmaldır. Qalanları texniki məsələlərdir”.

Elmar Məmmədyarov özünün İrəvanda səfir kimi çalışmağa hazır olub-olmadığı ilə bağlı sualımıza belə cavab verib:

“Sualın 1 cavabı var: necə məsləhətdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see240

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see214

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see212

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see211

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see210

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see204

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see191

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see185

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see182

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see182

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see182

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see178

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see177

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see177

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see173

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see167

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri