Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərova cinayət işi açıldı
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb.
"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub.
D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətçi olub. O, ifadəsində atasının Şəmkir rayonunun Çinarlı qəsəbəsində ona hücum çəkdiyini və dəmir parçası ilə xəsarət yetirdiyini iddia edib. Faktla bağlı başladılan cinayət işi çərçivəsində K.Əsgərov zərərçəkmiş şəxs qismində tanınaraq məhkəməyə çağırılıb.
İclas sentyabrın 2-nə təyin olunub.
Bu mövzuda digər xəbərlər:Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
29 Avqust 2026 00:37
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı, cinayət işi açıldı
07 Mart 2026 17:15
Ukrayna əsirliyindən azad edilən ruslar Moskvaya gətirildi
06 Fevral 2025 03:50
Dilqəm Əsgərov: “Bu erməni qadın gizlicə mənə…” FOTO
15 May 2026 15:24
HƏMAS ın əsirliyindən xilas edilən şəxs danışdı
20 Fevral 2025 14:45
Baxış sayı:139
Bu xəbər 29 Avqust 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















